“İlin sonuna qədər bir dəfə də artımın şahidi ola bilərik” – Turan Rzayev

71

“Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkədə aparılan sosial islahatlar və əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır”.
Bunu Elchi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırıldığı deyilir: “Ümumdünya miqyasında yaşanan bahalaşma tendensiyası fonunda bu qərar olduqca vacibdir.
Təəssüf ki, bahalaşma tendensiyanın qarşısını almaq mümkün deyil və bu hər bir ailənin maddi vəziyyətinə təsirsiz ötüşmür.
Lakin bahalaşma fonunda əmək haqqlarının, pensiyaların, təqaüdlərin də artırılması əhalinin sosial vəziyyətini biraz da olsun yaxşılaşdıra bilər. Hesab edirəm bu proses hələ davam edəcək və ilin sonuna qədər bir dəfə də artımın şahidi ola bilərik. Ümumiyyətlə bahalaşma ilə maaşların artımı da paralel getməlidir. Lakin buna baxmayaraq görülən işlər, aparılan islahatlar prosesin bu istiqamətdə getdiyini deməyə əsas verir”.

Şayəstə