“İlin cəmi bir günü müəllimləri yada salırsınız, onu da burunlarından gətirməklə”

46

“Müəllimləri təbrik edirsiniz, çox yaxşı… Daha minnət niyə qoyursunuz? Onları təbrik etməyinizi sizdən xahiş ediblər? Bu necə təfəkkürdür, necə düşüncə tərzidir belə? İlin cəmi bir günü müəllimləri yada salırsınız, onu da burunlarından gətirməklə…”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli FB hesabında bildirib:

” “Mən filan keyfiyyətlərin daşıyıcısı olan müəllimləri təbrik edirəm, o birilərini yox” və daha nələr, nələr… Haradan bilirsiniz kimin hansı keyfiyyət və dəyər daşıyıcısı olduğunu? Bəlkə sizin “müəyyənləşdirdiyiniz ölçülərə uyğun gələnlər” yalnız sizə münasibətdə və sizə xoş gəlsin deyə belə davranırlar? Bəlkə bütün günü müəllimlərin hər addımını izləməklə məşğulsunuz? Nə bilim, vallah. O zaman götürün telefonu, zəng eləyin “müəyyənləşdirdiyiniz kriteriayalara uyğun gələn” müəllimlərə və ürək sözlərinizi söyləyin… Daha zəhərinizi “müəllim” sözünün üzərinə niyə tökürsünüz?
Məgər özünüz mənəvi keyfiyyətlərin ideal ölçü vahidisiniz? Bəlkə mələksiniz? Özgə həyatlarında “uçuşan” və “eniş platforması” axtaran virtual mələklər…”.

Şayəstə