İlham Əliyev Praqada Paşinyanla görüşəcək

57

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Elchi.az xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə çıxışında məlumat verib.

“Mən Praqaya gedirəm, orada Avropa Siyasi Cəmiyyətinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa və Avropa Şurası prezidentlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. Türkiyə prezidenti ilə də görüş planlaşdırılır”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, bu görüşlər Ermənistan hakimiyyətinin sülh gündəliyi çərçivəsindədir. Paşinyan bundan sonra Sankt-Peterburqa gedəcəyini və orada MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyini də bildirib.