"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyev: “Məmurlara dəfələrlə xəbərdarlıq etmişəm”

15 İyul 2017 - 15:52
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

İspaniyanı kütləvi etirazlar dalğası bürüdü

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

“Bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanışlıqdan sonra Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.

Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb”.

İlham Əliyev bildirib ki, yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir: “Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək.

Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən bütün işlər göz qabağındadır. Mən bir daha qeyd etmək istəyirəm ki, indi Bakı gözəl parklar şəhərinə çevrilibdir. Bizim mövcud parklarımızın demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə bərpa edilib, yeni istirahət zonaları yaradılıb. Bizim ən böyük parkımız dənizkənarı bulvardır, uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb. Burada indi idman, incəsənət şəhərcikləri, ictimai yerlər yaradılıb. Diqqətçəkən digər layihələr arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim. Orada gözəl park yaradılıb. Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır. İndi işlər o qədər sürətlə gedir ki, bəzən əvvəlki görüntülər yaddan çıxır. Misal üçün, siz yaxşı xatırlayırsınız ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin mənzərəsi hamımızı incidirdi. O yarmarka başqa əraziyə köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə bəziləri unudur ki, burada əvvəllər mənzərə necə idi”.

Prezident əlavə edib ki, Böyükşor gölünün bir hissəsi təmizlənib, onun ətrafı abadlaşdırılıb, 1 kilometr uzunluğunda yeni bulvar salınıb: “Bibiheybət ərazisində indi gözəl park salınır. Yəni, görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün şəhərimizdə çox böyük tədbirlər görülür. Yeni parkların salınması baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada birinci yerdədir. Bunu siz də yaxşı bilirsiniz, şəhərimizin digər vətəndaşları da görürlər, əgər harada söküntü gedirsə o yerdə mütləq ictimai guşələr, parklar yaradılır, yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək. Onun yanında olan park artıq fəaliyyətdədir, Heydər Əliyev Sarayının ətrafında böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər. Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş Səttarxan adına zavodun ərazisi olan bu yer ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi, orada abadlıq işləri aparıldı, şəhərimizin vətəndaşlarına problem yaradan tüstünün qarşısı alındı. Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin və şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşsın. Biz artıq buna nail ola bilmişik. Havanın, suyun keyfiyyəti yaxşılaşıb. Bu, insan sağlamlığı üçün əsas amillərdir.

Bilirəm ki, bu binalarda ziyalılar, alimlər yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailələrinizlə birlikdə istirahət edəsiniz. Bu münasibətlə sizi – burada yaşayan vətəndaşları təbrik edirəm”.

Previous Post

İlham Əliyev: “Məmurlara dəfələrlə xəbərdarlıq etmişəm”

Next Post

Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə  izlə!

Bənzər yazılar

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

03 Sentyabr 2026 - 17:41

Nepal Hökuməti Rasuva rayonundakı Bote-Koşi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün sentyabrın 7-ni milli matəm...

İspaniyanı kütləvi etirazlar dalğası bürüdü

İspaniyanı kütləvi etirazlar dalğası bürüdü

03 Sentyabr 2026 - 15:00

Miqrasiya böhranı ilə üzləşən Seutaya dəstək məqsədilə Madriddə və İspaniyanın digər şəhərlərində kütləvi aksiyalar keçirilib. Elchi.az xəbər verir ki, bu...

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

03 Sentyabr 2026 - 10:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında sürətlə yayılan Ebola epidemiyası ilə bağlı həyəcan verici məlumatlar yayımladı. ÜST-ün baş direktoru...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Next Post

Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə  izlə!

Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə  izlə!

Son xəbərlər

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

03 Sentyabr 2026 - 18:27
Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

03 Sentyabr 2026 - 18:14
Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

Polşa şərq sərhədində hava məkanına məhdudiyyət tətbiq edir

03 Sentyabr 2026 - 17:55
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı bəlli oldu

03 Sentyabr 2026 - 17:48
Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

Nepal daşqında həlak olanların xatirəsinə sentyabrın 7-ni matəm günü elan edib

03 Sentyabr 2026 - 17:41
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

03 Sentyabr 2026 - 17:34
Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşdü

Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşdü

03 Sentyabr 2026 - 17:28
Çinin cənub-qərbində güclü zəlzələ qeydə alınıb

Çinin cənub-qərbində güclü zəlzələ qeydə alınıb

03 Sentyabr 2026 - 17:26
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

03 Sentyabr 2026 - 17:17
AFFA Premyer Liqa klublarını 18700 manat cərimələdi

AFFA Premyer Liqa klublarını 18700 manat cərimələdi

03 Sentyabr 2026 - 17:08
İraqda Fransa hərbçilərinin olduğu bazaya raket atan üç nəfərə hökm oxunub

İraqda Fransa hərbçilərinin olduğu bazaya raket atan üç nəfərə hökm oxunub

03 Sentyabr 2026 - 16:58
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

03 Sentyabr 2026 - 16:46
“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

03 Sentyabr 2026 - 16:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.