Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarında və xarici ölkələrində
hərbi attaşesi vəzifələrində çalışmış yüksək rütbəli iki zabit ordu sıralarından ehtiyata buraxılıb. APA-nın verdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndərilib. Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb. Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?
Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir. Rayon idarəsi sizi nazirliyə göndərir,...



















Son şərhlər