"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

İdmançı əlil oldu – Foto

06 Dekabr 2014 - 16:01
in İDMAN
FacebookVatsap

Ağır Atletika Federasiyasında qalmaqallar  və xaos davam edir.1417865073

Bunu da oxuyun

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

 

Həm idmançı qıtlığından əziyyət çəkən, həm də narazılıqların baş qaldırdığı federasiya problemlərdən yaxa qurtara bilmir.

 

Cahangir Əsgərovun federasiyasında idmançı qıtlığı var. Bu üzdən qurum ağır atlet axtarışına başlayıb.

 

Ancaq federasiya istəyinə nail ola bilməyib. Belə ki, dünya çempionatına 3 yeniyetmə idmançı ilə qatılaraq fiaskoya uğradı.

 

Publika.az-ın özəl mənbədən aldığı məlumata görə, federasiya dünya çempionatına öncə 9 idmançı sifariş veribmiş. Ancaq dopinq məsələsindən gözü qorxan federasiya növbəti dəfə cəza ilə üzləşməmək üçün öncədən həmin 9 idmançının qanını yoxlatmaq üçün laboratoriyaya yollayıb. Sonradan yerli federasiyaya məlumat gəlir ki, həmin qanlar “xarab”dır. Belə ki, idmançılarımızın qanında qadağanolunmuş maddə tapılır.

 

Azərbaycan Ağır Atletika Federasiyası da həmin cəzaya bir də düşməmək üçün sifariş vərəqəsini ləğv etdirib. Bundan sonra rəhbərlik idmançıların sayını üçə endirib. Yarışa 1997-1998 təvəllüdlü 3 ağır atlet göndərilib.

 

Sağlam idmançını əlil arabasına məhkum etdilər

 

10 gün keçməmiş federasiya bir neçə idmançı ilə Avropa çempionatına yollandı. Elə olay da burdan başladı.

 

Mətbuatda yayılan məlumatlara görə, Avropa çempionatında 62 kq çəki dərəcəsində çıxış edən  “Lənkəran-Zirvə” idman klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəldi. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirdi. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı olub. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Təəssüf ki, alınmadı. Amma buna baxmayaraq, İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görüldü.

 

Təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ştanqı sinədən sıxarkən qolu arxaya gedən idmançımız ciddi zədə alıb. Bir müddət tibbi yardım göstərilən Rüstəm 3-cü yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 5-ci, toplamda 4-cü yeri tutmağı bacarıb.

 

Bu, mətbuatda idmançımızın zədəsi ilə bağlı yazılan qısa, həqiqəti tam əks etdirməyən məlumatdır. Düzdür, idmançımız sadalanan bu çəkilərin öhdəsindən peşəkar şəkildə gəlib. Sonda isə bədbəxt hadisə ilə qarşılaşıb. İdmançımızın ötən illərdə zədə almış qolu yenidən zədələnib. Ştanqı başı üzərinə qaldırmaq istəyən idmançımızın sol qolu çıxıb, müvazinətini saxlaya bilməyən idmançı ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra idmançı ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Hazırda onun ayaqları işləmir.

 

Aldığımız məlumata görə, Gənclər və İdman Nazirliyi idmançı üçün 30 min manat pul ayırıb. Rüstəm İmanzadə bir neçə gündür ki, Moskva şəhərindədir. İdmançı orada 3 ay bərpa müddəti keçməlidir.

 

İdmançının sosial şəbəkədə paylaşdıqları da gözləri yaşardır. Belə ki, Rüstəm hazırkı durumda bəzi şəkillərini paylaşıb və “Ayaqsız günlərimlə mübarizə aparıram” yazıb.

Maraqlıdır, federasiya Rüstəm İmanzadəni, görəsən, niyə xatırlamır, nəyə arxayındır ki, susub oturur?

 

Qadağan olunmuş preparatla “yaşlanır”lar

 

Ancaq federasiyadakı özbaşınalıq bununla bitmir.

 

Publika.az-a daxil olan digər məlumata görə, federasiyada 13-14 yaşlı idmançıları qadağan olunmuş preparatlardan istifadəyə məcbur edirlər. Bu isə onlara heç də yaxşı təsir etmir. Yeniyetmələrin görünüşündə dəyişikliyə səbəb olur. Onlar yaşlarından qat-qat böyük görünürlər. Bunun özü sağlamlığa böyük ziyandır.

 

Prezidentdən gizli işlər

 

Saytımıza bir xəbər də daxil olub ki, qurumda baş verənlərlə bağlı məlumat Cahangir Əsgərovdan gizlədilir. Bunun arxasında isə federasiyanın baş katibi, özü yüngül atlet olmuş Yavər Hacıyev və C.Əsgərovun müavini Elxan Əliyev durur.

 

Xatırladaq ki, dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi köməkçisi Nizami Paşayevin işdən çıxarılması ilə bağlı məlumat vermişdik. Ancaq N.Paşayev məsələylə bağlı belə danışmışdı: “Xeyr, hələ işləyirəm. Uzaqlaşdırılmamışam”.

 

Paşayev idmançılarımızın dünya çempionatında uğursuz olmaları ilə bağlı iddiaya sərt, əsəbi şəkildə təpki verib. Çünki o, nəticəni heç də uğursuz saymır: “3 yeniyetmə  idmançı ilə dünya çempionatına gedib belə nəticə veririksə, buna heç də uğursuzluq demək olmaz. Biz nə etməli idik?”.

 

Previous Post

İdmançı əlil oldu – Foto

Next Post

Biznesmenin evinə basqın

Bənzər yazılar

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion” və “Fənərbağça” arasında keçirilən cavab oyunundan sonra baş verən hadisələrlə bağlı Fransada 6 nəfər...

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

27 Avqust 2026 - 17:16

"Xankəndi" klubu heyətinə daha bir futbolçu qatıb. Elchi.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Müdafiəçi Nihad...

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

27 Avqust 2026 - 16:39

“Sabah”ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Klubdan Elchi.az-a verilən məlumata görə, bu gün Monakoda...

UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

27 Avqust 2026 - 10:52

Türkiyənin iki nəhəng klubu – "Fənərbağça" və "Qalatasaray" UEFA Çempionlar Liqasında iştirakdan əhəmiyyətli gəlir əldə edəcək. Elchi.az xəbər verir ki,...

Next Post

Biznesmenin evinə basqın

Biznesmenin evinə basqın

Son xəbərlər

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17
“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

27 Avqust 2026 - 17:16
ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07
Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

27 Avqust 2026 - 16:58
“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

27 Avqust 2026 - 16:39
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust 2026 - 16:31
Qətər və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edib

Qətər və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edib

27 Avqust 2026 - 16:25
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

27 Avqust 2026 - 16:17
XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

27 Avqust 2026 - 16:11
Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

27 Avqust 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.