İçkilərdə zəhərli metal xəbərdarlığı

104

ABŞ-da aparılan araşdırmada cəmiyyətdə tez-tez istehlak edilən bəzi içkilərin tərkibində normadan artıq miqdarda zəhərli metalların olduğu müəyyən edilib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Tulane Universitetində aparılan araşdırmada mütəxəssislər meyvə şirələri, bitki mənşəli südlər, qazlı və bənzəri kommersiya məqsədli 60 içkini araşdıraraq 25 zəhərli metal və metal qalıqlarını aşkar ediblər.
Araşdırmada içkilərdən 5-nin insan istehlakı üçün su ilə bağlı əsasnamədə göstərilənlərdən daha çox zəhərli metal olduğu müəyyən edilib.
İki qarışıq şirədə standartlardan 10 mikroqram arsen aşkarlanan araşdırmada zoğal suyu, kök və meyvə şirəsi qarışığı, yulaf südü kimi məhsullarda qanuni standartı aşaraq kadmium aşkar edilib.
Qarışıq şirələr və badam və yulaf kimi bitki mənşəli südlər digər içkilərə nisbətən daha çox zəhərli metal ehtiva edir.

Şayəstə Hüseynova