Yəməndəki husilər Qırmızı dənizdə bir ticarət gəmisini raketlərlə hədəf aldıqlarını və pilotsuz uçuş aparatları ilə İsrail hərbi məntəqələrinə hücum etdiklərini açıqlayıblar.
Elchi.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri Telegram hesabında verdiyi açıqlamada Qırmızı dənizdə MSC UNITED adlı ticarət gəmisini raketlərlə hədəf aldıqlarını bildirib.
Gəminin vəziyyəti ilə bağlı məlumat verilməyən açıqlamada, ekipajın husilərin açdığı xəbərdarlıq atəşinə məhəl qoymamasından sonra gəminin hədəfə alındığı qeyd edilib.
Həmçinin bildirilib ki, Qırmızı dənizin şimalında Əqabə körfəzi sahillərində yerləşən Eylat şəhərində və işğal olunmuş Fələstin ərazisinin digər yerlərində İsrail ordusunun mövqelərinə pilotsuz uçuş aparatları tərəfindən hücum edilib .
Nuranə Məmmədova