Hraparak: Qarabağ konstitusiya referendumu keçirməyə tələsir

48

Qarabağda konstitusiya referendumunun keçirilməsinə tələsirlər, əgər əvvəllər referendumun gələn ilin yazında keçirilməsini düşünürdülərsə, son günlər konstitusiya referendumunun vaxtının bu ilin dekabr ayına kimi təyin edilməsi təklifləri də səslənir. Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır:

“Noyabrın 15-də Qarabağ parlamentində növbədənkənar iclas keçirilib, “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında”, “Referendum haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihələri gündəliyə daxil edilib. Dəyişikliklər 44 günlük müharibədən sonra Ermənistana köçmüş Qarabağ (Azərbaycan – Elchi.az) vətəndaşlarına referendumda iştirak etmək imkanı verəcək. Yəqin ki, Qarabağın İrəvandakı operativ qərargahında Ermənistanda vahid seçki məntəqəsi təşkil olunacaq. Xatırladaq ki, konstitusiya dəyişikliyi zamanı təkcə hakimiyyət sistemi deyil, həm də prezident və parlament seçkiləri də fərqləndirilir ki, bu vəziyyətdə müəyyən risklər var, çünki prezidentin istefası zamanı parlament avtomatik olaraq buraxılır. Yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra bir il ərzində parlament seçkiləri, 2024-cü ildə isə prezident seçkiləri keçiriləcək”, – deyə qəzet qeyd edir.

Şayəstə