Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə Sünik bölgəsinə səfəri zamanı Qafan hava limanının bundan sonra işə başlayacağını söyləsə də, heç bir uçuş həyata keçirilmir.
Elchi.az xəbər verir ki, bu cümlə yerli “Hraparak” qəzetinin yazısında yer alıb.
“Rəsmi səbəb kimi hava şəraitinin göstərilməsinə baxmayaraq, mənbələrimizin çatdırdığına görə, bilet alan vətəndaşlar təhlükəsizlik baxımından onları geri qaytarırlar. Yeri gəlmişkən, Sünikdə olan Anna Akopyan avqustun 28-də İrəvana uçmalı idi, lakin bizdə olan məlumata görə, o, səhər tezdən maşınla paytaxta getməyə üstünlük verib”, – deyə, qəzet yazıb.(Musavat.com)