Hollandiya məhkəməsi Rusiya vətəndaşı Dmitri K.-ni Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarından yayındığına görə 18 ay həbs verib və onun şirkətini 200 min avro məbləğində cərimələyib. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hollandiya prokurorluğunun qeyd etdiyi kimi, 56 yaşlı rusiyalı həbsdən azad edildikdən sonra qaçdığı üçün yenidən məhkum edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs Rusiyaya qaça bilərdi.
Qeyd olunur ki, məhkum 6 il ərzində Rusiyaya qarşı mövcud sanksiya məhdudiyyətlərinə zidd olaraq elektron mikroçiplər və digər ikili təyinatlı məhsulların ticarəti ilə məşğul olub.
Havar Şəfiyeva