Hollandiya İranın Haaqadakı səfirini XİN-ə çağıracaq

44

Hollandiya İranın Haaqadakı səfirini etirazlarla bağlı edam olunanlara görə, Xarici İşlər Nazirliyinə çağıracaq.

Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra “Twitter” səhifəsində yazıb:

“Nümayişçilərin edam edilməsi məni dəhşətə gətirir”.

O, İranın Haaqadakı səfiri Əlirza Kazemi Abadini Xarici İşlər Nazirliyinə dəvət edəcəyini paylaşıb.

Hoekstra İranda Məhsa Əmini adlı gənc qadının öldürülməsindən sonra etirazlarla bağlı edam olunanlara görə narahatlıqlarını səfir Abadiniyə çatdıracağını qeyd edərək, Avropa Birliyi (AB) ölkələrini də eyni addımı atmağa dəvət edib.

AB-nin İrana daha sərt cavab verməsinin lazım olduğuna işarə edən Hoekstra, “İrana qarşı 4-cü insan haqları sanksiya paketi növbəti Aİ Xarici İşlər Nazirləri Toplantısında müzakirə edilmək üçün hazırlanır”,-deyə vurğulayıb.

Yeganə