Livanın şiə hərəkatı Hizbullah İsrailə hücum edərkən əvvəllər döyüşdə istifadə olunmayan güclü raketdən istifadə edib. Elchi.az xəbər verir ki, bu barədə Reuters agentliyi adının açıqlanmayan Livan mənbəsinə istinadən məlumat verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, atılan yeni raket Livanın cənubunda, İsraillə sərhədə yaxın Aita əş-Şaab və Rmeiş kəndlərindən sərhədin o biri tərəfindəki İsrail mövqelərinə düşüb.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Hizbullaha ölkəyə qarşı döyüşlərə qoşulmağın əvəzini ödəyəcəyi barədə xəbərdarlıq etmişdi. O, hərəkatın bunun üçün böyük bədəl ödəyəcəyini vurğulayıb.
Havar Şəfiyeva