"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Hindistandan Azərbaycana üç manata ət gətirilir – AÇIQLAMA

14 Yanvar 2019 - 18:08
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Ukraynadan Azərbaycana mənşəyi məlum olmayan dondurulmuş ət gətirilir.

Elchi.az  bildirir ki, bunu oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycana dondurulmuş ətlər, əsasən, Hindistandan gətirilir:

“Həmin ölkədə mal əti yeyilmir, amma heyvandarlıq inkişaf edib. Bu ölkədən Azərbaycana dondurulmuş ətin gətirilməsi üç manata başa gəlir.

Bununla belə, Azərbaycan Ukraynadan donmuş quş əti alır. Araşdırma aparılan zaman məlum olub ki, oradan gələn quş ətlərinin tərkibində naməlum kimyəvi maye var. Bu maye təxminən quşun 20 faizini təşkil edir”.

Ekspert bildirib ki, Hindistandan gətirilən ətlərin mənşəyi məlum olsa da, Ukraynadan gətirilən ətin tərkibi məlum deyil:

“Ukraynadan Azərbaycana at əti donmuş mal əti adı altında gətirilir. Onların da mənşəyi məlum deyil. Güman ki, ölmüş heyvanların əti ölkəmizə idxal olunur. Qida Təhlükəsizliyi Agentliyi bu işlə ciddi məşğul olmalıdır.

“Ət dondurulan zaman təhlükəli mikroblar ölür. Onlar, əsasən, kolbasa istehsalında istifadə olunur. Azərbaycana gətirilən dondurulmuş ət şadlıq evlərinə, restoranlara, uşaq bağçalarına daha çox verilir. Bu cür ətlərin mənşəyi ciddi araşdırılmalıdır. Eyni zamanda, insanlar donmuş ət alan zaman sertifikatını tələb etməlidirlər”.

Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.

Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.

Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir?

Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır:

“Lakin dondurucudan istifadə etdikdə bir sıra problemlər yarana bilər. Məsələn, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və  bakteriyalarla yoluxmanın qarşısının alınması, sağlamlıq üçün olduqca vacibdir.

Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə, əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.

Əti isti suda saxlamaq düzgün deyil, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyaların yaranmasına şərait yaradır. Mikrodalğalı sobalarda ətin donunun açılması isə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir”.

“Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir. Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq soyuducunun alt qatında yerləşdirməkdir.

Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrar dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur.

Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”, – deyə AQTA-dan qeyd edilib.

Agentlikdən bildirilib ki, dondurulması nəzərdə tutulmuş ət, yüksək keyfiyyətli olmaqla baytarlıq sanitariya tələblərinə cavab verməlidir:

“Dondurulmuş əti  -18*C -25*C-də bir il müddətində saxlamaq mümkündür. Lakin ət saxlanılan soyuducu dolabların sanitariya normalarına uyğun olması üçün texnoloqlar tərəfindən tam nəzarətdə saxlanılmalıdır. Ət tez xarab olan yeyinti məhsuludur. Odur ki, ət yüksək temperatur nisbi nəmlik və sanitariya cəhətdən düzgün şəraitdə saxlanmalıdır. Ətin dondurulmasının ən yüksək temperaturu -10*C,  ən aşağı temperaturu isə -60*C-dir.

Ətin dondurulmasının üç növü var:

1. Yavaş dondurulma zamanı havanın temperaturu  -18 -23*C, nisbi rütubət 90-95% cərəyan etmə sürəti 0,1- 0,2 m/san olmalıdır.

2. İntensiv dondurulma zamanı havanın temperaturu -23 – 30*, nisbi rütubət 90 – 95%, havanın cərəyan etmə surəti 0,5- 0,8 m/san olmalıdır.

3. Surətli dondurulma zamanı havanın temperaturu -30 – 35*C-də, nisbi rütubət 95-98%, havanın cərəyan etmə surəti 1-4 m/san olmalıdır. Əgər yuxarıda göstərilən normalar pozularsa, saxlanılan ətlərdə seliklənmə, qızarma, göyərmə, işıqlanma, kiflənmə, qızışma və iylənmə müşahidə edilir”.

Previous Post

Hindistandan Azərbaycana üç manata ət gətirilir – AÇIQLAMA

Next Post

Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.