Amnesty İnternational və Washington Post qəzetlərinin apardığı araşdırmalar nəticəsində Hindistanda jurnalistlərin telefonlarının Pegasus proqramı ilə izləndiyi üzə çıxıb. Proqram təminatını hazırlayan İsrail şirkəti NSO Group, hədəfə alınan şəxslər haqqında heç vaxt məlumatı olmadığını iddia etdi.
Elchi.az xəbər verir ki, Amnesty International, Hindistanda jurnalistlərin İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış “Pegasus” casus proqramı ilə izlənildiyini və hədəf alındığını açıqlayıb.
Amnesty International-ın Washington Post ilə açıqladığı və təşkilatın internet saytında dərc edilən hesabata görə, İsrailin NSO Group tərəfindən hazırlanmış casus proqram Hindistanda jurnalistləri hədəf alır.
Hesabatda deyilirdi ki, “The Wire” müstəqil xəbər saytının qurucu redaktoru Siddharth Varadarajan və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) Cənubi Asiya üzrə redaktoru Anand Manqnale kimi bir çox jurnalistin telefonlarına daxil olub. Amnesty International-ın Təhlükəsizlik Laboratoriyasının rəhbəri Donncha O Cearbhaill bildirib ki, son tapıntılar Hindistanda jurnalistlərin getdikcə daha çox qanunsuz müşahidə təhlükəsi ilə üzləşdiyini göstərir.
Nuranə Məmmədova