Hindistanın cənubunda temperaturun rekord həddə yüksəldiyi Kerala əyalətində isti vurması nəticəsində iki nəfər ölüb.
Elchi.az “India Today”-a istinadən xəbər verir ki, ştatda temperatur normadan 5,5 dərəcə yuxarı olmaqla 41,9 dərəcəyə çatıb.
Ştat rəsmiləri, isti dalğanın təsirli olduğu Keralada 90 yaşlı qadın və 53 yaşlı kişinin isti vurması nəticəsində öldüyünü açıqlayıb.
Hindistan Meteorologiya Departamentinin (IMD) açıqlamasında, ştatın 12 bölgəsi üçün “maksimum temperatur xəbərdarlığı” verildi və aprel-iyun ayları arasında istilik dalğasının normadan artıq olacağı proqnozlaşdırıldığı qeyd edilib.
Şayəstə Hüseynova