Hindistan 1,4 milyard dollarlıq gəmi ələ keçirib

137

Hindistan hakimiyyəti Kerala sahillərində gəmidən 1,4 milyard dollar dəyərində 2,5 ton metamfetamin müsadirə edib. Elchi.az bu barədə “Economic Times” qəzetinə istinadən xəbər verir.

Hindistan Narkotiklərə Nəzarət Bürosunun məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilən və Əfqanıstandan qeyri-qanuni maddələrin ticarətinin qarşısını almaq məqsədi daşıyan Samudragupt əməliyyatı zamanı rekord sayda metamfetamin ələ keçirilib. 134 kisəyə bölünmüş yük Hindistan, Şri-Lanka və Maldiv adalarında paylanmaq üçün nəzərdə tutulub. Gəmidə olan Pakistan vətəndaşı da saxlanılıb.

Bu, Hindistan hakimiyyətinin son il yarım ərzində müsadirə etdiyi üçüncü böyük narkotik partiyasıdır. Samudraqupt əməliyyatının bütün dövrü ərzində təxminən 3,2 ton metamfetamin, 500 kiloqram heroin və 529 kiloqram həşiş ələ keçirilib.

Qeyd edək ki, bundan əvvəl Kolumbiya Hərbi Dəniz Qüvvələri göyərtəsində bir tondan çox dəyəri 87 milyon dollar olan kokain olan sualtı qayığı ələ keçirmişdi. Bildirilir ki, gəmi Mərkəzi Amerikaya gedərkən yanacaqdan zəhərli qazlar buraxan qəzaya uğrayıb. İki şübhəli ölüb, ikisi isə ağır yaralanıb.

Havar Şəfiyeva