Alimlər bildiriblər ki, Çinin cənubunda yarasalarda gizlənən bir virus insana keçə biləcək beş təhlükəli virusdan biridir.
Elchi.az bu barədə türk mediasına istinadən məlumat verir.
BtSY2 adlı virusun Covid-19-a səbəb olan SARS-CoV-2 virusu ilə yaxından əlaqəli olduğu açıqlanıb.
Tədqiqatçılar Çinin Yunnan əyalətində yarasalarda tapılan BtSY2-nin insanlara və ya mal-qaraya yoluxa biləcəyi barədə xəbərdarlıq ediblər.
Yeni tədqiqata Sun Yat-sen Universiteti, Yunnan Endemik Xəstəliklərə Nəzarət İnstitutu və Sidney Universitetinin tədqiqatçıları rəhbərlik ediblər. Tədqiqat BioRxiv-də ilkin çap olaraq dərc edilib.
Yeganə