"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Heydər Əliyevin arxasınca danışanlar hamısı vəzifədədirlər”

06 Dekabr 2015 - 09:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

“İndi deputat olanlar, hakimiyyətə gələnlər ancaq pullu adamlardır. Pulsuz adamların hakimiyyətə gəlməyə imkanı yoxdur”


İqtisad elmləri doktoru, professor, Milli Məclisin II çağırış deputatı olmuş Əli ƏlirzayevModerator.az – ın suallarını cavablandırıb.
– Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuş Əli Əlirzayev indi niyə kənarda qalıb? 
– Kənarda qalmamışam, çox fəal həyat sürürəm. İnstitutda YAP-la bağlı çıxışlarım olur, Heydər Əliyevlə, Müstəqillik günü ilə bağlı danışıram. Yuxarı səviyyələrə çağırmırlar, aşağı səviyyələrdə isə həmişə varam. Kafedram var, orada işləyirəm, tələbələrimlə, aspirantlarımla məşğul oluram. Kitab, məqalə yazıram, konfranslarda çıxış edirəm, çox aktiv həyat keçirirəm, bir dəqiqə də boş vaxtım yoxdur.
– Yəni ncaq elmi fəaliyyətlə məşğulsunuz, siyasəti kənara qoymusunuz? 
– Niyə ki, iqtisadiyyat da siyasətdir. Soruşan qəzetlərə, saytlara iqtisadiyyatın bu və ya digər sahələrinə, devalvasiyaya, baş verən hadisələrə, Milli Məclisin fəaliyyətinə münasibət bildirirəm. Öz fikir və tövsiyyələrimi verirəm. İnstitutda keçirilən beynəlxalq konfranslarda iştirak edirəm, xaricdə tədbirlərə gedirəm. Ancaq YAP-ın idarə heyəti səviyyəsində məni heç bir tədbirə çağırmırlar, dövlət səviyyəsində keçirilən tədbirlərə, iqtisadi forumlara dəvət etmirlər.
– Bəs bunların səbəbini nədə görürsünüz?
– Əlbəttə ki, qısqanırlar.
– Niyə?
– Deyirlər ki, Əli Əlirzayev vaxtilə Heydər Əliyevlə yaxın olub, çox məsələdən agahdır, onu çağırarıq birdən həmin məsələləri açıb deyər. Ona görə məni uzaqlaşdırıblar. Öz komandalarını qoruyurlar, Heydər Əliyevin komandasını kənarlaşdırıblar. Heydər Əliyev rəhmətə getsə də onun əməlləri yaşayır, baxmayaraq ki, onun kadrlarına münasibət pisdir, birmənalı deyil.
– YAP-ın yaranmasında xidməti olanlardan kənarda qalan çoxdurmu?
– Mən YAP-ın birinci iclasını respublikasa səviyyəsində Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində keçirtmişəm. Heydər Əliyev o zaman mənə tapşırmışdı ki, get orada iclası keçirt və gəl mənə xəbər ver görüm necə oldu. Mən də gedib iclası keçirtdim və axşam qayıdıb Heydər Əliyevə hesabat verdim. Dedim ki, hamı sizi dəstəkləyir, hamı sizin ərtafınıza yığışmaq istəyir. Ancaq çoxları vəzifəyə getmək üçün gəlib Naxçıvanda hərlənib geri qayıdırdılar, heç Heydər Əliyevin görüşünə də getmirdilər. İndi o adamların hamısı vəzifədədirlər, Heydər Əliyevin arxasıyca danışanlar hamısı vəzifədədirlər. Gərək bütün bunlara dövlət səviyyəsində nəzarət olunsun, ancaq nəzarət də yoxdur. Mən də başımı aşağı salıb öz müəllimliyimi, professorluğumu edirəm. Heydər Əliyev deyirdi ki, YAP-ın 91-ləri qızıl fonddur. Heydər Əliyev deməyib ki, 91-ləri çıxdaş edin. Heydər Əliyev Azərbaycan xalqı uğrunda ən xırda əməyi olan kəsi belə yüksək qiymətləndirirdi, indi də həmin insanları qiymətləndirmək lazımdır. Dünyanın axırı deyil axı hələ…
– Son dövrdə keçmiş YAP-çılarla bağlı bir sıra ittihamlar səslənir. Buna münasibətiniz necədir? 
– Bilirsinizmi, bu insanların, millətin özündə də çatışmazlıqlar var. Məsəlçün, biri deyir ki, əşşi, buna bir dəfə şans verdik deputat oldu da. Deməli onun xidməti var idi və Heydər Əliyev də qiymət vermişdi, indi daha xidməti qurtardı. Ancaq deyən yoxdur ki, yaxşı, sən dörd dəfə deputat seçilmisən, bəs sənin hansı ximətin olub. Halbuki, Heydər Əliyevin vaxtında qaçıb gizlənirdin. Ancaq biz o yolda canımızı qoyurduq, biz heç Heydər Əliyevin hakimiyyətə gəlməyini fikirləşmirdik, şəxsiyyət ətrafında birləşmişdik. Heydər Əliyev şəxsiyyəti ərtafında YAP-ı yaratdıq. Heydər Əliyev özü də inanmırdı ki, hakimiyyətə gələ biləcək.
– Ölkədə indi müəyyən hadisələr cərəyan edir. Heç düşünürsünüzmü ki, o vaxt Heydər Əliyevin ətrafında olanların təcrübəsindən bu hadisələri yönlədirməkdə istifadə etməlidirlər? 
– İndi kadr siyasəti gedib, Heydər Əlieyin ətrafında olan kardlar barmaqla sayılacaq qədər qalıb. Ölənləri də var və Allah onlara rəhmət eləsin. İndikilər də o vaxt Heydər Əliyevin heç ətrafında belə fırlanmırdılar, onun siyasətini dəstəkləmirdilər ki, Heydər Əliyev bizə vəzifə verməz. Heydər Əliyev o vaxt heç hakimiyyətə gəlməmişdi, Naxçıvanda olanda qışda Siruz Təbrizli iki ay Naxçıvanda qaldı Heydər Əliyevi dəstəklədi. Heydər Əliyev o zaman komitə yaratmışdı, mən də o komitənin üzvü idim. İndiki məmurlar o vaxt heç Heydər Əliyevin yanına belə getmirdilər, onlar Mütəllimovun, Vəzirovun işləyənləri idi. İndi həmin adamların hamısı hakimiyyətdədirlər. Heydər Əliyevin ətrafında olanların pis niyyətləri yox idi, hakimiyyətə gələk, çoxlu əmlak zəbt edək, pul yığaq deyə düşünmürdülər. Biz deyirdik ki, əminamanlıq olsun, azadlıq olsun, insanlar firavan yaşasın. Bizim əsas amalımız bu idi. Yoxsa ki, gəlim filan qədər əmlak yığım, sərvət yığım, ətrafıma yüz adam toplayıb silahlandırım kimi niyyətlər yox idi o zaman. Həmin adamlar indi də sadə həyat sürürlər, nə sərvətləri var, nə də şadlıq sarayları. İndi deputat olanlar, hakimiyyətə gələnlər ancaq pullu adamlardır. Pulsuz adamların hakimiyyətə gəlməyə imkanı yoxdur.
– Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr barəsində qənaətiniz nədir?
– Bilirsinizmi, o hadisələrlə bağlı heç düşünmürəm belə. Heç kəsə haqq qazandırmaq da istəmirəm. Cinayətkar cinayət törədibsə, qardaşım belə olsa,  cəzasını çəkməlidir. Mən də Sovet vaxtında vəzifədə idim, amma düşünmürdüm ki, məni bura pul yığmağa qoyublar, düşünürdüm ki, məni bura institutu irəli aparmaq üçün qoyublar. Təbii ki, dövlət insanı vəzifəyə qoyanda da onun əqidəsi araşdırılmalıdır, öyrənilməlidir ki, bu nə üçün hakimiyyətə can atır. Kadrları seçəndə bütün xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə adamları vəzifəyə qoymaq qəti sürətdə olmaz. Artıq belə bir misal formalaşıb ki, gəl səni vəzifəyə qoyaq görək necə insansan. Çünki bilirlər ki, vəzifəyə qoyulan kimi həm özü, həm də qohum əqrəbası cızığından, əndazəsindən çıxacaqlar. Bilirsizmi, Sovet dövründə olduğu kimi kadrları 20-30 il yetişdirib sonra vəzifəyə gətirmək lazımdır.
– Hadisələrin gedişatını necə qiymətləndirirsiniz? 
– Çox pis qiymətləndirirəm. Azərbaycanda baş verən istənilən narahatçılıq istər nazir səviyyəsində, istər ərazi səviyyəsində, istərsə də kənd səviyyəsində baş verən hadisələr heç də yaxşı hal deyil. Ağıllı adamlar deyir ki, belə hadisələr olmamalıdır. İnsana təhsil, firavanlıq lazımdır və biz bunun üçün mübarizə aparmalıyıq, ərazi bütövlüyümüzü qorumalıyıq, dünya səviyyəsinə çıxamlıyıq. Yoxsa hansısa maraq üzərində dövlətə qarşı çıxmaq olmaz ki. Dövlət dövlətdir, ancaq dövlət də gərək elə siyasət apara ki, bu narazılıqlar da ədalətli ola. Dövlətin ilk növbədə ədalətli prinsipi olmalıdır. Yox əgər dövlət də bunları etmirsə bəs kim etməlidir?! Ölkənin ali orqanı hakimiyyətdir, hakimiyyətdə olanlar da ətrafına baxmalıdır, keçmişdə xidmətləri olanları unutmamalıdır, həmin adamları məhv etməməlidir. Ancaq təəssüf ki, bizdə belə hallar yoxdur, deyirlər ki, əşi, nə olsun ki, Heydər Əliyevin ətrafında olub, Əliyev də onu iki dəfə deputat seçib də. Bu kimi narazılıqları xalq, millət görür və bu məsələlərdə mütləq ədalətli olmalıdırlar. Əgər görürsən ki, bir iş görə bilmirsən çəkilib kənarda durmalısan, yoxsa ki, 10, 15, 20 il xalqın qanını sormamalısan.
– Siyasi elmlər doktoru Cümşüd Nuriyev sabiq deputat Eldar Sabiroğlu haqqında kəskin fikirlər səsləndirib. O dövrün şahidi kimi sizdən soruşmaq istəyirəm ki, Eldar Sabiroğlunun YAP-da nə kimi xidmətləri olub? 
– Eldar Sabiroğlu YAP-ı yaradanlardan idi. O vaxt “Səs” qəzetində sıravi işçi idi, bütün günü məqalələr yazırdı, axşama qədər işləyirdi. Heydər Əliyevin əli ilə yazılan siyahıda Eldar Sabiroğlu on səkkizinci adam idi, hansı ki, o siyahıda mən on doqquzuncu, iyirminci adam idim. Ona görə də birinci çağırış deputat seçildi, xidməti olmuşdu ki, deputat da oldu. Düşünürəm ki, bu söhbətlər bəlkə də şəxsi münasibətlərdən qaynaqlanır. Ümumiyyətlə, bu tip məsələlərin nəyə xidmət etdiyini mən heç başa düşmürəm. Ayrı-ayrı adamların bu tip söhbətləri ancaq qeybətdir və kişiyə yaraşmayan xüsusiyyətdir. Yəqin ki, indi mənim haqqımda da deyəcəklər ki, o, ikinci dəfə deputat seçilə bilmədi. Mən ümumi inkişaf haqqında danışıram, özümə qarşı haqsızlıq edildiyini deyirəm. Bəli, mən növbəti dəfə də deputat seçiləcəkdim, YAP-ın siyahısında da var idim, ancaq YAP məni dəstəkləmədi, kənarda qaldım. Ancaq mən bu xalqa lazımam, gündə əllidən çox aspirantım, tələbəm ətrafımda hərlənir, mən onlara lazımam.
Previous Post

“Heydər Əliyevin arxasınca danışanlar hamısı vəzifədədirlər”

Next Post

Azərbaycan mediasına yeni qadağa…

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Azərbaycan mediasına yeni qadağa...

Azərbaycan mediasına yeni qadağa...

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.