İran xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfərinə münasibət bildirib.
Elchi.az xəbər verir ki, o özünün Tvitter hesabında bu barədə paylaşım edib.
“Sionist rejimin regional fəallıqlarından heç biri İranın iti nəzərlərindən yayınmır. Bu səfərlər və bölgədəki fəaliyyətlə saxta rejimin sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək”, – Kənani deyib.
O, İran rəsmilərinin İsrail dövləti barədə iddialarını təkrar edərək, bu dövlətin gələcəyinin olmadığını bildirib.
Qeyd edək ki, İsrail Prezidenti Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında əməkdaşlıq müqavilələrinin imzalanması İran mediası tərəfindən geniş müzakirə edilir. Tehran dövlət mediası İsrailin Azərbaycanla yaxınlaşmasını İranın mənafeinə zidd olan Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirir.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər