Hakim Trampı yazıçı Kerolu təqib etməkdə təqsirli bilib

99

ABŞ-da münsiflər heyəti keçmiş prezident Donald Trampın yazıçı Elizabet Kerolu təqib etdiyi, lakin ona təcavüz etmədiyi qənaətinə gəlib.

Elchi.az bu barədə CNN-ə istinadən xəbər verir.

Münsiflər heyətinin qərarına əsasən, Tramp zorlama iddiasında böhtana görə məsuliyyət daşıyır və təqibə görə təzminat daxil olmaqla, ittihamçısı Kerola təxminən 5 milyon dollar ödəməlidir.

Bundan əvvəl iddiaçının vəkili Roberta Kaplan Manhetten federal məhkəməsinin iclasında bildirib ki, ABŞ-ın keçmiş prezidenti yazıçının zorlanmasına cəhdlə bağlı iş üzrə ifadə vermək üçün məhkəməyə gəlməyib, çünki o, ona nə etdiyini bilir.

Yeganə