Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Elchi.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayon sakinləri – Samid Minaxanov, İmran Novruzov, Bəxtiyar Həsənov və Sabirabad rayon sakini Nurlan Baxşızadə saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi
2026-cı il noyabrın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Elchi.az xəbər verir ki, bu barədə şura məlumat yayıb. Bildirilib ki,...





















Son şərhlər