"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Hər gün əlimdən 17 milyon dollar keçirdi…”

10 Mart 2016 - 10:06
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

 “Hər gün əlimdən 17 milyon dollar keçirdi...”Sürücülükdən milyarderliyə uzanan macəralı yolun sonu niyə edam ağacında bitir?; Rza Zərrabın iranlı iş ortağı Babək Zəncani barədə bilinməyənlər

 
Xəbər verdiyimiz kimi, İran dövlətini 2,8 milyard dollar ziyana saldığı iddia edilən azərbaycanlı iş adamı Babək Zəncani edam cəzasına məhkum edilib.
Azərbaycan mətbuatına bu ad 2013-cü ildən tanışdır. Babək Zəncani 2013-cü ilin dekabr ayında çirkli pulların yuyulması ittihamı ilə həbs olunmuşdu. Həmin vaxt Babək Zəncaninin və onun ortağı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın Türkiyə hökumətinin nazirləri ilə əlbir olaraq İranı maliyyə böhranından çıxardıqları bildirilirdi.
Məlumata görə, Zərrabın şəbəkəsi Türkiyə hökumətindəki nazirlərin köməyi ilə bir il ərzində İrana 100 milyard nağd dollar və avro keçiriblər ki, bu da İranı 2013-2014-cü illərdə gözləyən ağır maliyyə böhranından xilas edib.
İran məhkəməsinin böhran dövründə belə çətin bir əməliyyatı yerinə yetirən şəxsi nəyə görə edam cəzasına məhkum etməsinin səbəbi isə hələlik bəlli deyil. Rəsmi ittihama görə, Babək Zəncani İran dövlətinə 2,8 milyard dollar zərər vurub.
Hazırda iranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabın yenidən gündəmə gəlməsinə səbəb olub. Türkiyə müxalifəti Ərdoğan hakimiyyətini Rza Zərrabın Zəncani ilə əlaqələrini araşdırmağa və Zərrabı cəzalandırmağa çağırıb.
Babək Zəncaninin kimliyi isə hər zaman maraq mövzusu olub. Bu yaşda necə milyoner olub, bu mərtəbəyə necə yüksəlib. Özü İranda nəşr olunan “Aseman” adlı həftəlik jurnalda daha öncə tərcümeyi-halı barədə aşağıdakları deyib: “1974-cü ildə dünyaya gəlmişəm. İranda konservatoriyanı oxudum. 13 -14 yaşında ticarətə qoşuldum, zərgərlik və valyuta bürosu ilə məşğul oldum. Atam ”eBay”ın qurucularındandır. Ailəm varlı idi. Əsgərlikdə Mərkəzi Bankın sədri Mohsen Nourbahın sürücüsü işlədim. Hər gün 17 milyon dollar əlimdən keçirdi.
Nourbah öləndən sonra Türkiyəyə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollara satırdım. İranlı birinin yardımı ilə heç tanımadığım bir kişiyə 4 milyon dollarlıq mal göndərdim, pulumu ala bilmədim və müflisləşdim. “Evin” həbsxanasına salındım. Orada türkcə öyrənməyə başladım. İki  ildən sonra azadlığa çıxdım. Qeyri-qanuni yollarla Türkiyəyə girərək pulumun izinə düşdüm. İzmirə getdim. Bütün pullarımı geri aldım. Geri qayıdanda İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldım və yenidən həbsxanaya düşdüm. 16 gün həbsdə qaldıqdan sonra pul müqabilində sərbəst buraxıldım. Daha sonra İzmirə getdim. Burada Böhran İdarəçiliyini oxudum, eyni zamanda idxal-ixrac biznesinə qoşuldum. Diş pastası, saqqız, ətir, şampun kimi ləvazimatları İrana göndərdim. Türkiyə pasportu aldım. Onlarla kiçik şirkət qurdum. İzmirdə çox böyük anbar kirayələdim, biznesim 150 milyon dollara yüksəldi.
İranda kosmetika fabrikası qurmaq istədim, lakin banklar icazə vermədilər. Mən də bir türkiyəli bankirlə tanış oldum. Ticarəti banklar vasitəsilə etməli olduğumu söylədi. Mənə bu işin yollarını, bankdan necə kredit götürə biləcəyimi izah etdi. Türkiyədəki şirkətlərimi böyütdüm, “Kont Kozmetik” şirkətini qurdum. İnqilab Keşikçiləri Korpusuna məxsus “Ghadir” adlı investisiya şirkəti 40 milyon dolları xaricə çıxarmağı təklif etdi. Mən də bir neçə gün ərzində bu işi həll etdim. İran hökuməti ilə iş görməyin yollarını öyrəndim. Türkiyədəki şirkətlərdən qazandığım pullarla Tacikistanda “Kont Bank”ı, daha sonra Malayziyada “Firs İslamic Bank”ı qurdum. Bu ilin aprel ayında ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində qara siyahıya salındım. Türkiyə pasportumu itirdim”.
Babək Zəncani hazırda da İranın ən varlı adamı sayılır. Onun şəxsi kapitalının 14 milyard dollar olduğu bildirilir.
Hazırda onun biznes imperiyasına “Sorinet Group”, “Rah Ahan” futbol klubu , “Qeshem Airlines” aviasiya kompaniyası ilə yanaşı, maliyyə, bank, inşaat materialları, tikinti sektoru, kosmetika, informasiya texnologiyası, daşınmaz əmlak və tankerlər da daxil olmaqla, 64 şirkət aiddir. Bu şirkətlər İrandan başqa Malayziya, Çin, BƏƏ, Tacikistan, Türkiyədə də fəaliyyət göstərirlər. 
 
Zərrab isə İrana köçürdüyü və İrandan çıxardığı pulları B.Zəncaninin “Sorinet” holdinqi vasitəsilə legitimləşdirib. Rza Zərrab hələ 2013-ü ildə İstanbul prokurorluğunda verdiyi ifadəsində də “müştərilərimdən birinin adı B.Z.Ö.-dür” söyləmişdi.
 
Babək Zəncani Türkiyədəki “Onur Air” aviaşirkətinin sahibidir. Bu aviaşirkət 2013-cü ilin martında 250 milyon dollara Dubayda yaşayan iranlı milyarder Məhdi Şəmsə satılmış, sonra da Şəms aviaşirkəti Babək Zəncaninin “Qeshm Airlines” aviaşirkətinə satmışdı.
Bundan başqa, Babək Zəncani Türkiyədə “Ulusoy” və “Varan” avtobus şirkətlərinin səhmlərinin 50 faizini 100 milyon dollara satın alıb. Rza Zərrab və Babək Zəncani Təbrizdə tanış olublar. Türkiyədə saxlanan, ULS aviaşirkətinə məxsus yük təyyarəsindəki 1208 kiloqram qızılın da əsl sahibi Babək Zəncani idi. Həmin qızıllar tutulanda Rza Zərrab Türkiyədəki nazirlərə milyonlarla dollar rüşvət vermiş, “malı xilas edərək” Dubaya göndərə bilmişdi. Sənədlərdə qızıl “çınqıl” kimi rəsmiləşdirilib.
Həmin “xilasetmə” əməliyyatından sonra Babək Zəncani Rza Zərraba zəng vuraraq demişdi: “Afərin, qardaşım! Sən artıq böyüdün. Rahat işləyə bilərəm”.
Previous Post

“Hər gün əlimdən 17 milyon dollar keçirdi…”

Next Post

“Topaz” – dəyərdir…

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

“Topaz” – dəyərdir...

“Topaz” – dəyərdir...

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.