"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Həmyerlilərimizin vətənə axını başlaya bilər – səbəb yenə böhrandır  

29 Noyabr 2017 - 10:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiya  iqtisadiyyatında ikinci iflas xəbərdarlığı

Bunu da oxuyun

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

Rusiyanın məşhur “Kommersant” qəzetində Rusiya iqtisadiyyatında ikinci iflas dalğasının başladığı haqda məqalə dərc olunub. Qəzet iflasa uğramış müəssisələrin siyahısını dərc edib və məlum olub ki, həftə ərzində onların sayı yüzə çatır. Payız ayı tamamilə iflas və müflisləşmə ilə dolub-daşıb və belə hala düşən müəssisələrin sayı dördüncü rübdə durmadan artır.

“Makroiqtisadiyyat üzrə Analiz və Qısamüddətli Proqnozaşdırma Mərkəzi”nin statistikası göstərir ki, üçüncü rüb üzrə – iyuldan sentyabradək 3227 şirkət iflasa uğrayıb. Bu, demək olar ki, öncəki rübdən 3%, 2016-cı ilin üçüncü rübündən isə 12,4% çoxdur. Digər tərəfdən, bu, 2014-cü ildən başlayan iqtisadi böhranın ən yüksək göstəricisidir.  İndi baş verənlər müəyyən mənada artıq ikinci iflas dalğasıdır. Birincisi 2014-cü ildən 2015-ci ilədək baş vermişdi. Onda dövlət neftin qiymətinin düşməsi və Avropa sanksiyaları üzündən yaranmış iqtisadi böhranın nəticələrini yumşalda bilmişdi. Amma indi artıq bunu etmək mümkün deyil.

Rusiya İqtisadiyyat nazirinin keçmiş müavini, hazırda isə “Vneşekonambank”ın vitse-rəhbəri işləyən Andrey Klepaç deyib: “Bu, böyük fiaskodur və yalnız 1992-ci il illə müqayisə edilə bilər”.

1992-ci il Rusiyada yeni tarixin ən pis ili hesab olunur. O zaman Sovet İttifaqı dağılmışdı. Bunun ardından görünməmiş iflas dalğası, iş yerlərinin itirilməsi, yüksək inflyasiya və gəlirlərin dramatik azalması baş vermişdi. Andrey Klepaç hesab edir ki, böhrandan əvvəlki səviyyəyə 2020-ci ilədək gəlinməyəcək. Bütün bunlar ilk öncə istehlak və inşaat sektorunu əngəlləyir. Maraqlıdır ki, üçüncü rübdə iflasa uğrayan əksər firmalar məhz bu sektordandır.

Diqqətçəkən məqamlardan biri də odur ki, Rusiyada yaşanan iqtisadi böhran hər zaman orada yaşayan 2 milyon azərbaycanlının da maddi durumuna mənfi təsir göstərir. Onlardan bir çoxu  işsiz qalıb vətənə dönmək məcburiyyətində qalırlar. Bu isə onsuz da işsizliyin baş alıb getdiyi Azərbaycanda sosial problemlərin daha da artmasına səbəb olur.

Image result for Rəşad Həsənov

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, indiki halda Rusiyada növbəti böhran dalğasına səbəb ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalardır: “Bu sanksiyalar fonunda artıq son aylarda müəyyən simptomlar hiss olunmaqdadır. Onlardan biri də bundan ibarətdir ki, ötən ay Rusiyadan çıxan xarici kapitalın həcmi iki dəfə artıb, 70 milyon ABŞ dollarından çox olub.  Yanvar ayında sanksiyalara yenidən baxılması ehtimalı var. Bu sanksiyalar nəticəsində Rusiyanın iqtisadi subyektlərinin fəaliyyət sferası kifayət qədər məhdudlaşdırıla bilər. Eyni zamanda ABŞ oktyabr ayından qüvvəyə minmiş sanksiyalarda xarici şirkətlər üçün öhdəlikləri daha da sərtləşdirib. Rusiyanın siyahıda olan şirkətləri və sahibkarları ilə hər hansı bir qarşılıqlı formada fəaliyyət göstərməsini tamamilə qadağan edir. Digər tərəfdən, Rusiyanın hərbi sənayesinə və neft sənayesinə yatırımlara məhdudiyyətlər tətbiq olunur. Bu isə bütövlükdə növbəti ildə Rusiya üçün çətinliklərin yaranmasına gətirib çıxara bilər. Belə olan halda, təbii ki, azərbaycanlılar da bu ölkədə yaşayan digər miqrantlar kimi müəyyən çətinliklərlə üzləşəcəklər. Onlar iş yerlərini itirə bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların defoltu mümkündür. Bir qrup insanların da gəlirləri azalacaq. Nəticədə ilk çıxış yollarından biri kimi Azərbaycana geri qayıtmaq haqqında düşünə bilərlər. Lakin 2014-cü ildə baş verənlər onu göstərdi ki, bu insanlar ölkəyə qayıtdıqdan sonra burada mühitə uyğunlaşa bilmir, qısa müddət sonra həmin ölkələrə qayıdırlar. Düşünmürəm ki, növbəti böhran dalğasında da kütləvi axın baş versin”.

İqtisadçı onu da vurğuladı ki, Azərbaycanın özündə də hazırkı vəziyyət əlavə məşğulluq yaratmaq gücündə deyil:“Azərbaycanın özündə işsizlik problemi dərinləşməkdədir, biznesdə mənfəət norması azalır. Belə olan halda  insanlar təbii ki, çətinliklə üzləşəcəklər, bunun da ilk təsirləri region ailələrində özünü göstərəcək. Çünki regionlarda əhalinin böyük bir qismi Rusiya, Ukrayna kimi  ölkələrdən gələn vəsaitlər hesabına gündəlik sosial ehtiyaclarını qarşılayır. Böhran ilk növbədə bu vəsaitlərə təsir edəcək. 2013-cü illə müqayisədə Rusiyadan gələn vəsaitlərin həcmi onsuz da kifayət qədər azalıb. Hətta manatın dəyərdən düşməsi valyuta ilə daxil olan bu vəsaitlərin itirilmiş hissəsini manatla ifadədə müəyyən qədər kompensasiya edə bilirdi. Bu gün məbləğin yenidən azalması və ya kəsilməsi sosial iqtisadi rifaha mənfi təsir edəcək.  Məüyyən bir qrup ölkəyə qayıtmalı olacaq. Son dövrlər Azərbaycanın öz daxilində belə  regionlara doğru müəyyən köç hiss edilməkdədir. Çünki paytaxtdakı böyük iş potensialı artıq yoxdur. Bunun əksinə olaraq həyat bahalıdır. Ona görə də insanlar regionlara geri qayıdır. Rusiyadan  da regionlara axın olarsa, bu, bölgələrdə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırmaqla müəyyən qədər gərginliyi artıra bilər”.

Hökumət nə etməlidir ki, gələn il – seçki ilində sosial gərginlik yaşanmasın?

Rəşad Həsənov qeyd etdi ki, regionlarda ciddi bir gərginlik gözlənilmir: “Vəziyyət o həddə çatmayacaq ki, burada hakimiyyətin planları üçün müəyyən problem yaratsın. İstənilən halda,  regionların sosial – iqtisadi inkişafı hər zaman hökumətin prioriteti olmalıdır. Bu istiqamətdə dəfələrlə dövlət proqramları qəbul edilib, həyata keçirilib. Ancaq struktur təhlili onu göstərir ki, bu  proqramlarda infrastruktura yatırımlar daha çox olub, nəinki kiçik və orta sahibkarlığı dəstəkləyən layihələrə… Bundan sonrakı dövrdə yaxşı olar ki, infrastruktur deyil, daha çox digər istiqamətlərdə, əlavə dəyər yarada biləcək sahələrə hədəflənmiş proqramların həyata keçirilməsinə ehtiyac var. Bu proqramla bağlı öhdəliklərin yerinə yetirilməsində məsuliyyət daşıyan dövlət orqanları üzərində də sərt nəzarət mexanizmi olmalıdır. Bəzi hallarda proqramların icrası, sadəcə, hesabatlar şəklində olur, real effekti olmur. Yerli özünüidarə və icra hakimiyyəti orqanlarının fəaliyyəti qiymətləndirilərkən, bu proqramların hansı səviyyədə icra edilməsi və biznes mühitinə, sahibkarlığın inkişafına təsirləri əsas parametrlər olaraq götürülməlidir”.

Previous Post

Həmyerlilərimizin vətənə axını başlaya bilər – səbəb yenə böhrandır  

Next Post

Cəbhədə gərginlik artır

Bənzər yazılar

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

22 İyul 2026 - 23:25

Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Respublikasının Sədrliyi ilə AQEM Yüksək...

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

22 İyul 2026 - 23:22

Günün ikinci yarısında İstanbulda baş verən güclü fırtına şəhərin yerli hava limanlarının fəaliyyətini müvəqqəti olaraq pozub. Bu barədə Elchi.az Türkiyə...

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

22 İyul 2026 - 23:20

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukrayna üçün təhlükəsizlik sahəsində yardım və təlim üzrə xüsusi...

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir...

Next Post

Cəbhədə gərginlik artır

Cəbhədə gərginlik artır

Son xəbərlər

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

22 İyul 2026 - 23:25
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

22 İyul 2026 - 23:22
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

22 İyul 2026 - 23:20
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

22 İyul 2026 - 23:17
Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.