Fələstinin Həmas qrupunun Siyasi Büro üzvü Əbu Mərzuk Moskvada səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti-yə nümayəndə heyətindəki mənbə bildirib.
“Onlar Moskvadadırlar”, – agentliyin həmsöhbəti Rusiyaya gəlişləri ilə bağlı deyib və Marzukun nümayəndə heyətinə başçılıq etdiyini açıqlayıb.
Bundan əvvəl xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Qətərdə radikal HƏMAS hərəkatının siyasi lideri ilə görüşdüyünü və onunla girovların taleyini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Oktyabrın 26-da Rusiya Xarici İşlər Nazirliyi Fələstin prezidenti Mahmud Abbasın yaxın vaxtlarda ölkəyə səfər edəcəyini və dövlət başçısı Vladimir Putinlə görüşəcəyini bildirib. Kreml rəsmisi Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağına aydınlıq gətirib.
Havar Şəfiyeva