Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, qurumun sərhəd xidmətinin əməkdaşları 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı F.İ.-ni, həmçinin onunla birlikdə iki Türkiyə vətəndaşı – 1990-cı il təvəllüdlü S.H. və 1989-cu il təvəllüdlü Ç.K.-nı Gürcüstanın dövlət sərhədini qanunsuz pozmağa cəhd edərkən saxlayıb.
Bildirilib ki, sözügedən şəxslər qrup halında Gürcüstandan Türkiyəyə keçməyə cəhd ediblər.
Faktla əlaqədar cinayət işi açılıb, saxlanılan şəxslərin 5 ilədək azadlıqdan məhrum edilməsi mümkündür.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər