“Gürcüstandakı münaqişə hələ hadisələrin başlanğıcıdır”-siyasi şərhçi

73


” Ukraynada xüsusən 2013- cü ildən sonra bir yönümlük oldu. Hazırda Ukrayna müharibəsindən sonra Amerika-Rusiya münaqişəsinin güclənməsi fonunda Gürcüstanda baş verən hadisələr də bir növ bu qarşıdurmanın tərkib hissəsidir”-bu sözləri Elchi.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O,həmçinin qeyd edir:”Rusiya öz təsir dailərindən istifadə edərək xarici qüvvələrin qarşısını almaq üçün qanunun qəbul etdirməyə çalışdı. Bu Avropanın təsir imkanlarının məhdudlaşdırılması üçün imzalanmış bir qanundur. Xalqın etirazı nəticəsində artıq bunun qarşısını almış kimi sayılır. Fikrimcə bu hələ hadisələrin başlanğıcıdır. Qərb də anlayır ki, hakim partiyanın da cəmiyyətdəki dəstəkçiləri heç də zəif deyil”.

Havar Şəfiyeva