Gürcüstanda baş vermiş hadisələr Rusiyanın maraqlarını təmin edir-POLİTOLOQ

79

“Son vaxtlar Gürcüstanda Osetiyada və Abxaziyada gürcü vətəndaşlarının haqlarının pozulması hadisələrinə daha çox rast gəlinirdi. Və bu artıq etiraz üçün bir növ baza formalaşdırmış oldu”-bu sözləri Elchi.az-a müsahibəsində politoloq Züriyə Qarayeva deyb.

O həmçinin qeyd edib:”Qanun layihəsinə gəldikdə isə, xalq hesab eləyir ki, Gürcüstanda Rusiyanın ocaqlarının həyata keçirilməsi məqsədli şəkildə həyata keçirilir. Bu cür etirazlar nəticəsində xaosun yaranması da, qərbdən daha çox Rusiyanın maraqlarını təmin etmiş olur. Nəzərə alsaq ki, Rusiyanın coğrafiya baxımından Gürcüstana daha yaxınlığı təsir imkanları baxımından Rusiyada daha çoxdur və hal hazırda Cənubi Qafqazda müəyyən layihələrin icra olunması xaosun formalaşması heç bir dövlətin maraqlarına xidmət etmir. Bu, nəinki regionda stabilliyi pozan, həmçinin Azırbaycan üçün də xoşa gələn bir hadisə deyil”.

Havar Şəfiyeva