Gürcüstan parlamenti bəyan edib ki, Ukrayna Saakaşvilini hakimiyyətdə görmək istəyir.
Elchi.az xəbər verir ki, Ukrayna müharibəyə başlaya bilməsi üçün keçmiş prezident Mixail Saakaşvilini Gürcüstanda hakimiyyətdə görmək istəyir.
Sputnik Gürcüstan agentliyi yazır ki, Kiyevlə münasibətlərin pisləşməsinin bu səbəbini İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixail Sarjveladze göstərib.
O qeyd edib ki, Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıb, o cümlədən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov.
Sarjveladze deyib: “Bu gün Ukrayna hökuməti Mixail Saakaşvilini Gürcüstanda hakimiyyətdə görmək istəyən siyasi qüvvəyə çox böyük təsir göstərir ki, o, müharibəyə başlasın”.
Şayəstə Hüseynova