Güneydə qızlar məktəbində daha bir zəhərlənmə

50

Martın 2-də Ərdəbil əyalətinin Aslanduz şəhərinin “Zeynəb” qızlar məktəbində şagirdlər zəhərləniblər.
Elchi.az xəbər verir ki, zəhərlənən 48 şagird xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənmişdi.