Güclü zəlzələ minlərlə əhalini işıqsız qoydu

114

Güclü zəlzələdən sonra Çilinin Kokimbo bölgəsinin əhalisinin bir hissəsi işıqsız qalıb. Sentyabrın 6-da axşam saatlarında 80 mindən çox yerli sakin elektrik enerjisiz qalıb. Elchi.az xəbər verir ki, bu barədə “La Tercera” qəzeti yazır.

Zəlzələnin gücü 6,4 bal olub. Elektrik enerjisinin kəsilməsindən ən çox Kokimbo şəhəri zərər çəkib – 48,5 min vətəndaş işıqsız qalıb. La Serena şəhərində də 30,7 min nəfərin elektrik enerjisi kəsilib.

Çili Milli Seysmoloji Mərkəzi zəlzələnin episentrinin sahilyanı Tonqoi şəhərindən 11 kilometr cənub-şərqdə, ocağının isə 46 kilometr dərinlikdə olduğunu bildirib. İtkilər barədə məlumat verilmir. Ölkənin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti sunami təhlükəsinin olmadığını bəyan edib.

Havar Şəfiyeva