Son günlərdə cənub bölgəsinə düşən güclü qar bölgənin bütün rayonlarında, o cümlədən Lerik rayonunda ciddi fəsadlar yaradıb. Rayonun enerji təsərrüfatı, yol infrastrukturu iflic vəziyyətinə düşüb.
Rayon mərkəzinə bir metr, ucqarlara isə1,5 metr qar düşüb. Artıq üç gündür ki, rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələri elektirik enerjisindən məhrum olub.
ANS TV-nin məlumatIna görə, Lerik rayonunun mərkəzinə yağın qarın hüdürlüyü bir metirdən də artıqdır. Bu isə rayonda ciddi problemlər yaradıb. Ən böyük problem isə Lənkəran-Lerik yolunda qeydə alınıb. Günorta saatlarına qədər yolda nəqliyyatın hərəkəti mümkünsüz olub.
42 saylı Lənkəran və 43 saylı Lerik yol istismar idarələrinin ağır texnikaların köməyi ilə günorta saatlarında yolda hərəkəti qismən də olsa bərpa etmək mümükün olub.