Gömrükçülər 28 mindən çox hüquqpozma faktı aşkarlayıb

35

2022-ci il ərzində Dövlət Gömrük Komitəsi 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edil, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barədə müvafiq tədbirlər görülüb.
Elchi.az xəbər verir ki, bunu qurumun sədrinin I müavini İsmayıl Hüseynov ötən ilin yekunlarına həsr edilmiş müşavirədə bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 qr narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6%-ni daha təhlükəli narkotik vasitələr – heroin və metamfetamin təşkil edib.