Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.
Belə ki, Firdovsi Eyvazovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili hərəkətdə olan zamanda yolu keçmək istəyən – Ağdaş rayon sakini, 1975-ci il təvəllüdlü Ə.Mikayılovanı və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.Mikayılova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO
Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli...






















Son şərhlər