İsrailin müdafiə naziri Yoav Gallant blokada altındakı Qəzza zolağında baş verən qarşıdurmalarda daha 9 əsgərin öldürülməsini çətin və ağrılı zərbə kimi qiymətləndirib.
Elchi.az xəbər verir ki, Gallant Qəzzada baş verən qarşıdurmalarda daha 9 İsrail əsgərinin şəhid olması ilə bağlı yazılı açıqlama verib.
Qəzza zolağının daxili hissələrində baş verən gərgin qarşıdurmaların ağır bədəli olduğunu bildirən Qalant daha 9 İsrail əsgərinin öldürülməsinin çətin və ağrılı bir zərbə olduğunu qeyd edib.
Gallant əzmkarlıq tələb edən uzun və mürəkkəb prosesə hazır olduqlarını qeyd edib.
Dünən verdiyi açıqlamada İsrail ordusu Qəzzanın şimalında baş verən qarşıdurmalarda 2 əsgərinin şəhid olduğunu açıqlayıb. Bu səhər verilən açıqlamada Qəzza zolağında daha 9 İsrail əsgərinin həlak olduğu bildirilib.
Şayəstə Hüseynova