G7 Rusiyanın maliyyə sisteminə çıxışını sərtləşdirəcək

87

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində Rusiyanın qlobal maliyyə sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırmaq, Rusiyanın enerji resurslarından asılılığını azaltmaq,  Qərbdəki aktivlərini dondurmaqda davam etmək və bununla bağlı Moskvaya qarşı yönəlmiş digər tədbirlər görmək qərara alınıb.

Elchi.az TASS.ru-ya istinadən bildirir ki, ABŞ rəsmilərinin sözlərinə görə, “Böyük yeddilik” Moskva xüsusi hərbi əməliyyatı bitirənə qədər Rusiyanın əvvəllər dondurulmuş aktivlərini bloklamaq niyyətindədir.

Qeyd edilib ki, Rusiyanı iqtisadi cəhətdən təcrid etmək, münaqişəni davam etdirmək imkanlarını zəiflətmək və Qərbin əvvəllər tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək yolunu bağlamaq üçün addımlar atılacaq.

Bundan əlavə, G7 Rusiyanın enerji resurslarından asılılığını azaltmağa və Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa çalışacaq. G7 həmçinin Rusiyanın Qərbdəki suveren aktivlərini hərbi əməliyyatın sonuna qədər dondurulmuş saxlamaq öhdəliyini təsdiqləyib.

Yeganə