Yeddilik Qrupu ölkələri bu həftə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyəcək. Eyni zamanda, çox güman ki, onlar mövcud sanksiyaları sərtləşdirməyə çağıracaqlar. Elchi.az xəbər verir ki, bu barədə Politico-ya diplomatik mənbə bildirib.
Assosiasiyaya üzv olan ölkələrin liderləri yaxın günlərdə Moskvaya qarşı yeni sanksiyaları təsdiqləməyəcək. Eyni zamanda, çox güman ki, məhdudiyyətlərin digər dövlətlər tərəfindən yayındırılmasının qarşısını almaq üçün artıq görülən tədbirlərə nəzarətin artırılmasını tələb edəcəklər.
Havar Şəfiyeva