G20 ölkələri razılığa gələ bilmədilər

153

“G20 ölkələri Yeni Dehlidə keçiriləcək sammit üçün bəyannamə hazırlayarkən Ukraynadakı vəziyyətlə bağlı ifadədə razılığa gələ bilməyiblər”.

Elchi.az Reuters.com-a istinadən bildirir ki, bu barədə Hindistan hökumətindəki mənbələr məlumat yayıb.

“Rusiya-Ukrayna münaqişəsi ilə bağlı G20 liderlərinin bəyannaməsinin mətni üzv dövlətlər tərəfindən razılaşdırılmayıb”, – deyə mənbədən bildirilib.

Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. Sammit 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək. G20-nin bütün ölkələri və digər doqquz dövlətin (Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapur) başçıları sammitə dəvət olunub.

Yeganə