Gəncədə üç qız anasının üçəmi doğuldu – FOTOLAR

46

Şəmkir sakini Gəncədə üçəm dünyaya gətirib.

Elchi.az-ın məlumatına görə, Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamilələyin 31-ci həftəsində üç qız övladı dünyaya gətirib.

Doğuş təbii yolla olub. Uşaqlar nəzərdə tutululan müddətdən tez dünyaya gəldiyindən bir müddət həkim nəzarətində saxlanılacaqlar.

Qeyd edək ki, bu, qadının 4-cü hamiləliyidir. Bundan öncə ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladı doğulub. Hazırda həkimlər ananın və körpələrinin vəziyyətini normal dəyərləndirir. Oğul arzusunda olan Məmmədovlar ailəsinin yeni doğulan 3 qız övladına Nurtəkin, Aytəkin və Gültəkin adları verilib.(Qafqazinfo)