Gədəbəydə yanacaq daşıyan maşın yandı – Video

37

Gədəbəydə yanacaq daşıyan avtomobildə yanğın olub.

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gecə saat 01:30 radələrində nazirliyin “112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus “Şaqman” markalı avtomobilin kabinə hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinədəki yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.