Fueqo vulkanı aktivləşdi: Mindən çox insan təxliyə edildi!

104

Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar Qvatemalada mindən çox insan təxliyə edilib.

Qvatemalada Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar bölgədə 1054 nəfərin təxliyə edildiyi bildirilib.
Elchi.az xəbər verir ki,Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən açıqlamada, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşdi; Onun isti kül buludları səpdiyi bildirilib.
Açıqlamada isti kül buludlarının bölgədə 100 min insanı təsir edə biləcəyi qeyd edilib.
Mülki müdafiə rəsmisi Oskar Kossio da qeyd edib ki, vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara aparılıb.
2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşmüş hesab edilib.

Nuranə Məmmədova