Freddy qasırğası 14 nəfərin həyatına son qoyub

62

Afrikanın cənub-şərq sahillərini vuran Freddie qasırğası nəticəsində ən azı 14 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, özü ilə güclü yağış gətirən qasırğa Madaqaskarda 7, Mozambikdə 7 nəfərin ölümünə səbəb olub.
Madaqaskarda qasırğadan təxminən 226 min, Mozambikdə isə 163 min insan yaralanıb.
Yağışlar səbəbindən hər iki ölkədə çoxsaylı yaşayış məntəqələri su altında qalıb.
BMT, qasırğanın gözlənildiyi qədər güclü olmasa da, yüz minlərlə köməyə ehtiyacı olduğunu deyib.
Ötən həftə baş verən qasırğa səbəbindən Mozambik, Madaqaskar və Zimbabvedə fövqəladə tədbirlər görülüb.

Şayəstə