Fransadan Ukraynaya təhlükəli pendir tədarük olunub

59

Ukraynaya Fransadan təhlükəli pendir tədarük olunub.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Ərzaq İstehlakı Xidmətindən bildirilib.

Məlumata görə, Fransanın istehsalçı “SOCIETE LAITIERE DE VICHY”, ixracatçı “Thomas Export SA” şirkətlərinin tədarük etdiyi “Qaperon” adlı pendirdə “Listeria monocytogenes” adlı bakteriya aşkarlanıb.

Bildirilib ki, yoluxmuş ərzaq məhsullarını yedikdən sonra “Listeria” bağırsaqlardan mərkəzi sinir sisteminə və cinsiyyət orqanlarına hərəkət edir. Onun klinik təzahürlərinə meningit, meningoensefalit, sepsis, perinatal infeksiyalar və qastroenterit daxildir.(report)