Fransa Türkiyənin Finlandiya ilə bağlı qərarını ALQIŞLAYIR

58

Fransa Türkiyə və Macarıstanın Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya etmək niyyətlərini elan etməsini alqışlayıb.

Elchi.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Bəyanatda Fransanın İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün birgə və təcili müraciətlərini ilk andan dəstəklədiyi vurğulanıb.

“İsveç və Finlandiyanın NATO ilə mühüm və qarşılıqlı fəaliyyət göstərə bilən hərbi imkanları var. Bu səbəbdən onların üzvlük Avro-Atlantik regionunun və müttəfiqlərinin təhlükəsizliyinə həlledici töhfə verəcək”, – bəyanatda deyilir.

Digər tərəfdən Fransanın gözləntisi Türkiyə və Macarıstanın İsveçin üzvlük protokolunu təsdiqləməsi idi ki, NATO bu iki yeni müttəfiqi 2023-cü ilin iyulunda Litvada keçiriləcək Vilnüs sammitində qəbul edə bilsin.

Yeganə