Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo prezident Emmanuel Makronu Kiyevə ayda 300 milyon avro yardım etdiyinə görə tənqid edib. Elchi.az xəbər verir ki, o, “X” səhifəsində belə bir bəyanatla çıxış edib.
“Unutmayın ki, keçən ilin yanvarından Fransa hökuməti Zelenskinin Ukraynasına ayda 300 milyon avro ödəyir!” – deyə siyasətçi qeyd edib.
O, həmçinin əlavə edib ki, Ukraynaya dəstək vermək əvəzinə, bu vəsaitlər Fransanın daxili ehtiyaclarına yönəldilə bilər. O, xüsusilə, vəsait çatışmazlığı səbəbindən ölkə daxilində ehtiyacı olanları ərzaqla təmin edə bilməyən “Restos du Coeur” xeyriyyə təşkilatını misal çəkib.
Havar Şəfiyeva