"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Frans Ferdinanda atılan güllə və “poliuretan”…

23 May 2015 - 11:12
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

img1819855Konkret situasiyaya konkret münasibət olmalıdı: cəmiyyətin çevik düşüncə və optimal addım qabiliyyəti növündən asılı olmayan, – şərti və yaxud şərtsiz, – reflektiv reaksiyanı təyinləməyə hesablanır!
Bu gün üçün ən ağır dərəcəli yanıq diaqnozu cəmiyyətin öz yaşamına şərti və şərtsiz reflekslə təyinlənməyən halıdı. Cəmiyyətin öz poliuretanı odadavamlı olmalıdı!
Deyil!
Cəmiyyətin özünüqoruma sipərində – “penoplastı”nda əsas tərkib hissəsi olmalı “kvartsovıy qum” yoxdu!
Yazırlar – ah-uf!
Söyürlər – uy daa!
Təəssüb çəkirlər –   …
Söymək də bitəcək!
Yazmaq da!
Təəssüb də!
Milçəkdən fil düzəltməklə məşğul olanların haçansa fil düzəltmək qabiliyyətləri olubsa da, artıq zamanla unudulmuş və unudulan bir vərdiş.
“Ağıllı” adamların, psevdopatriotların düşüncəcıran təəssübkeşliklərinə yönəlik axmaq bir sual: xalqın paytaxtda və əyalətdəki durumu bir binada yanan sakinlərin yaratdığı yanğıdan azmı təsirlidi və düşündürücüdü, hərəkətvericidi, etirazyaradıcıdı? Nədən bu narahatlıq hər gün yollarda geydirmə, qoyun satıb sürücülük vəsiqəsi alan ağıldankəmlərin ucbatından ölənlərə görə yaranmır? Nədən Dubaya, Türkiyəyə, Rusiyaya, Amerikaya daşınan qız-gəlinlər cəhənnəm, elə vətəndə, evlərinin içindəcə öldürülən həyatlar üçün o narahatlıq yaranmır?
Nədən hər gün tükənən və özünü yandıran qazilərə o narahatlıq şamil olunmur?
Nədən aclıqdan və yoxsulluqdan məktəbi buraxan uşaqlıq, işsizlikdən və ehtiyacdan oğurluğa sürüklənən gənclik, narkotikdən məhv olan genefond üçün yoxdu narahatlıq?
Yoxsa sadaladıqlarımızdan yana ölənlərin ölməyi ölmək deyil, təəssüfləndirici, narahatedici və etirazdoğurucu deyil?
Fərqi var genefondun necə ölməyinin, harda ölməyinin, nədən ölməyinin?
Bir var etiraz etmək, bir də var ETİRAZ etmək.
“Molla Nəsrəddin etirazı” yaralı barmağa “ilkin tibbi yardım” ola bilməz!
Səhlənkarlığa etiraz olmalıdı! Keyfiyyətsiz işə, mala, əməyə, hər nə varsa, etiraz olmalıdı!
Etiraz deyirəm e – “etiraz” yox. Hər bir vətəndaşın içində! Etməməlidi, qoşulmamalıdı, iştirakçı olmamalıdı!
Şüuarçılıq və “ah vətən” mərsiyələri, “rədd olsun” qarğışları heç bir dərdə dərman deyil. Heç Fatıya da tuman kimi lazım deyil – Fatı indi birc geyinir.
Durub Mətanətə rəy verməklə bitdi bu təəssüf, etiraz hədəfi?
Durub üç-beş nazirə geydirmə deməkləmi, onları hədəfə almaqlamı bitdi təhlükələrin mənbəyi?
Bitmədi!
Bitməyib!
Bitməyəcək!
Bugünkü hakimiyyət tam heyətdə və yeddi arxa dönəniylə keçmişdən qalanları və üç bel özündən sonra gələnləriylə ölkədən köçsə belə, yenə də bitməyəcək!
Bu gün “penoplastdan yanan” xalq dünən terrordan ölürdü, srağagün avtobus qəzasından, bir ay əvvəl… bir il… əvvəl…
İyirmi ildi bu xalq ölə-ölə gəlir və bu xalqın ölümə şərti refleksi şərtsiz reflekslə əvəzlənib, eləcə də əksinə.
Xalq gözlənilməyən olaylardan, planlaşdırılmayan ölümünün planlaşdırılmasını müəyyən etməlidi, vaxtsız və səbəbsiz ölməyinin nədənini açmalıdı!
Azərbaycanda hər gün o bir binadakı ölümü gözləməyənlərdən yüz dəfə artıq insan ölür, hər gün xəstəxanaların doğum və pediatriya şöbələrində yüzlərlə uşaq ölür, yollarda minlərlə vətəndaşımız məhv olur, intiharlar, qətllər səngimir.
Sabah biz ayrı bir müstəvidə “onaltımərtəbə faciəsi” yaşamalı olacağıq.
İl ərzində yollarda ölənlər son iyirmi ildə Azərbaycanda yanğından ölənlərdən iki yüz dəfə çoxdur!
İl ərzində xəstəxanalarda həkimlərin səhlənkarlığı ucbatından ölənlər iyirmi ildə yanğından ölənlərdən iyirmi dəfə çoxdur.
Düşüncə, əxlaq və yaşam qurbanları isə… ən azından iyirmi min dəfə…
Bu qədər sərt və qəddarcasına ona görə ki, xalq ölür və ölməkdə davam edir, xalqın adamları xalqın ölməyindən şöhrət umur!
Bilə-bilə ki, xalqının ölümü üstündə şöhrətlənənin ən böyük şöhrəti ölmüş xalqın şöhrətlisi yarlığı olacaq.
Bilə-bilə ki, güc baxımından xalq xilaskardır, xilas edəndir!
Ümidini xilaskarda görən xalq yer üzündə milyard sayda olsa belə, o, bir xilaskar qədərincədir!
Tarix adamı belə yandırır.
Mən bilmirəm, o on altı mərtəbədə yanğın nə əzablarla 16 nəfərin həyatına son qoyub, amma dəqiq bilirəm, biz artıq xalq olaraq Marsda yanmayan daşlar kimiyik – BU YANĞININ TEMPERATUR VƏ  ƏZAB DƏRƏCƏSİ yəqin ki, daha çox olar.
Mən belə hiss etdim.
Aydın Canıyev 
Previous Post

Frans Ferdinanda atılan güllə və “poliuretan”…

Next Post

Qənirə Paşayeva Macarıstanda Xocalı soyqırımından danışıb

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Qənirə Paşayeva Macarıstanda Xocalı soyqırımından danışıb

Qənirə Paşayeva Macarıstanda Xocalı soyqırımından danışıb

Son xəbərlər

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.