France 24: İsraillilərin ərəbdilli müxbirə hücumunu pisləyir

38

Fransanın “Frans 24” telekanalı dünən Qüdsdə yayımlanan müxbiri Leyla Avdeyə ərəbcə danışdığı üçün hücum edərək ona mane olan fanatik israillilərin müdaxiləsini şiddətlə qınayıb.
Elchi.az xəbər verir ki, bu barədə Kanalın verdiyi yazılı açıqlamada ötən gün Qüdsdə ərəbcə danışan qadın müxbir Avde və onların operatoru Nadir Baybersin fanatik yəhudilər tərəfindən təcavüzə və hücuma məruz qaldığı bildirilib.
Fransa 24-ün bu hücumları şiddətlə qınadığı bildirilən açıqlamada, “Leyla bir il ərzində üçüncü dəfə İsrail fanatikləri tərəfindən hədəfə alınıb. Bu (fanatik israillilərin) toxunulmazlıqlarına dərhal son qoyulmalıdır” ifadələri işlədilib.

Şayəstə