"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Firudin Cəlilov: “Misir təhsil sistemini bilən adam idi” — MÜSAHİBƏ

14 Aprel 2015 - 11:26
in MANŞET, SEÇMƏ, XƏBƏR LENTİ
FacebookVatsap

Firudin Cəlilov: “Misir təhsil sistemini bilən adam idi” —  MÜSAHİBƏ

Bunu da oxuyun

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

 

Təhsildən gəlməyən adamın təhsilə rəhbərlik etməyi mənasızdır”

Ölkə.Az-ın bu həftəki qonağı türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilovdur. Müsahibimlə söhbətimiz elə özünün iş otağında baş tutdu.

– Xoş gördük, Firudin bəy, necəsiniz?

– Şükür, qaydasındayam. Normaldır hər şey.

– İlk sualım təhsildə psixoloji xidmətlə bağlı olacaq. Bildiyiniz kimi hazırda bu sahədə ciddi çatışmazlıqlar var. Çatışmazlığın qarşısını necə almaq olar?

– Psixoloji xidmət yox, ümumiyyətlə, orta və ali məktəblərdə tibbi xidmət deyilən bir anlayış var. Bu mütləq olmalıdır. Bir də sosioloqlar olur. Adətən sovet dövründə bizdə o sahəyə demək olar ki, fikir vermirdilər. Bizdə on min nəfərə bir sosioloq, Amerikada isə hər əlli nəfərə bir sosioloq düşürdü. Amma müstəqillik əldə edildikdən sonra sosioloqlar da hazırlanmağa başladı. Psixoloq-sosioloq yaxın peşədir. Biri digərinin də işini görə bilər. Təhsil sistemində hər ikisini saxlamaq mümkün deyil. Buna görə də bu sahədə müəyyən qıtlıq yaşanır. Bunu qarşısını almaq üçün mütəxəssis psixoloqlar hazırlanmalıdır.

“Şagirdi çox yükləməyin tərəfdarı deyiləm…”

– Gəlin, yeni dərsliklərdən danışaq. Yeni dərsliklər çap olunduqdan sonra valideynlərin şikayəti artmağa başladı. Demək olar ki, əksəriyyət dərsliklərin tərtibindən razı deyil. İradlar haqlıdırmı?

– Əlbəttə iradlar haqlıdır. Ümumiyyətlə, sovet təsil sisteminin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var idi ki, bunu çöplüyə atmaq olmaz. Biz müstəqillik əldə edən kimi dərslikləri yeniləməyə başladıq. Çünki dərsliklər yeni sistemə uyğunlaşmalı idi. Deyək ki, əvvəlki dərsliklər, xüsusəndə hümanitar sahə dərslikləri sovet siyasətinə köklənmişdir. Amma biz müstəqil olduqdan sonra dərsliklər də Azərbaycanın müstəqil tarixinə köklənməli idi. Ona görə də, dərslilkləri dəyişdik. Bir ilin içində fantastik rəqəmdə dərsliklər yazdırdıq. O vaxt respublikada mətbəə imkanları məhdud olduğundan onların çap problemi yarandı.

Ümumilikdə, dərslik çox ciddi məsələdir. O vaxtı rəhmətlik Elçibəy büdcənin çətin vaxtlarında yeni dərsliklərin çap olunması üçün milyonlarla pul ayırdı. Düzdür, sonradan o dərslikləri dəyişdik. Əlbəttə qısa müddətdə hazırlanan dərsliklərdə qüsurlar olmalı idi. İndiki dərsliklərdən çox şikayət olunduğunu tez-tez eşidirəm. Mən şagirdi çox yükləməyin tərəfdarı deyiləm. Fikir versək görərik ki, şagirdləri həddindən artıq mənasız mövzularla yorurlar. Bəzən heç əhəmiyyəti olmayan rəqəmlər, bilgiləri şagirdən tələb etmək onları təhsildən uzaq salır. Vacib məsələlərdən biri də tədris yüküdür. Bu yük yüngülləşdirilməlidir.

“Mən elə məktəblərə rast gəlmişəm ki, hələ də vaqonda dərs keçirlər…”

– Növbəti sualım ucqar kənd məktəblərinin vəziyyəti və orada olan müəllim heyətinin çatışmazlığı ilə bağlı olacaq. Gənc müəllimləri həmin ərazilərə cəlb etməyin ən uğurlu yolu hansıdır?

– Bilirsiniz, müəllimin ən böyük marağı onun maaşındadır. İndi hökümət də imkanı daxilində müəllimlərin maaşlarını 33% artırdı. Amma kənd, xüsusən də uzaq kənd məktəblərinə gənc müəllimlərin getməsi böyük problemdir. Çünki gedib ilk olaraq kirayə ev tutmalı, daha sonra yad bir evdə özünə bir ocaq qurmalı, dolanmalıdır. Onları həvəsləndirmək üçün müəyyən güzəştlər olmalıdır. Torpaq sahəsi verilməli, müəyyən xərclərini təhsil şöbəsi öz üzərinə götürməklə onları həvəsləndirməlidir. Təbii ki, bütün bunlar yetmir, onların maaşlarına əlavə faiz artırmalı və peşələrini onlara sevdirməlidirlər.

Kənd məktəblərinə gəlincə, son 10 ildə Azərbaycanda tikilən məktəblərin sayı 70 il sovet dövründə tikilənlərdən çox oldu. Çoxlu məktəblər tikildi, təmir olundu. Təbii ki, bu davam edəcək. Amma uzaq kənd məktəblərininin çoxunda şərait yoxdur. Mən elə məktəblərə rast gəlmişəm ki, hələ də vaqonda dərs keçirlər. Burada yerli icra hakimiyyətlərinin boynuna çox şey düşür. Təəssüf ki, onlar da işləmir. Onları tədris, elm maraqlandırmır, yalnız qarınları və ciblərini düşünürlər. İmkan daxilində bu yerlərdə rayonun, kəndin əhalisinin sayına uyğun kiçik həcmli məktəblər tikmək lazımdır.

“Müəllimin əvvəlki hörmətini qaytarmaq asan deyil…”

 

– İndiki müəllimlərin maaşı onlarda işləməyə stimul yaradırmı?

– Dünən mən 20-30 il bundan qabaq birlikdə çalışdığım müəllimlərlə söhbət etdim. Elə ayaqüstü söhbətdən də məlum olur ki, müəllimlərin əvvəlki nüfuzu qalmayıb. Bu həm maaşların aşağı olması, həm tədrisin keyfiyyətinin aşağı düşməsidir. Bugün bunlar orta məktəbdən gələn savadsızlıq və tələbə qəbulundakı nöqsanlardan irəli gəlir. Yaşlı savadlı müəllimlər gedir, əvəzində cırlaşmış müəllimlər qalır. Tələbə savadsız, müəllim savadsız…Təhsili idarə edənlər də acgöz…Burada hansı yaxşı təhsildən söhbət gedə bilər? Bunların hamısının dəyişilməsi üçün çox ciddi reforma ehtiyac var. Bu mənada müəllimin əvvəlki hörmətini qaytarmaq asan deyil.

– Məktəblərdə gələcək müəllimlərin təcrübə saatlarının az olmasına səbəb nədir?

– Şagirdləri o qədər yükləyirlər ki, dərs saatı dolur və lazım olan məsələlərə vaxt çatmır. Halbuki gənc müəllimlərin təcrübəsi ən əsas məsələlərdən biridir. Təssüflər olsun ki, məktəblər şagirdlərin intelektual səviyyəsini formalaşdırmır.

“Fərizənin özünü yandırdığı gün qadınlar bayramı olaraq qeyd edilməlidir”

– Gəlin, müəllimə verilən hədiyyələrdən danışaq. Müəllimə hədiyyə verilməlidirmi?

– Verilməlidir. Müəllim sosial toplumda seçiləndir. Əlli il bundan öncəyə qədər ən hörmətli şəxs müəllim sayılardı. Təbii ki, onunla görüşə gələn kənd camaatı biri yumurta, biri toyuq filan, qoyun kəsəndə bir şaqqasını ona gətirərdi. Burada nə pis şey var? Cəmiyyət öz xocasını saxlayır. Bu xoca cəmiyyətə bilik elm verir. Bu qarşılıqlı hörmətdir. Deyək ki, ildə bir dəfə bahar, qadınlar bayramı olur. Uşaqların yığışıb müəlliməsinə gül almasının nəyi pisdir? Niyə də olmasın?

Bu müəllimin sənin övladına göstərdiyi qayğını dəyərləndirməkdir. Bu bizim milli gələnəyimizdir. Düzdür, onu da deyim ki, heç vaxt hədiyyə almamışam (gülür)

Çox istəyərdim ki, müəllimələr yığışıb desinlər ki, 8 Mart bizim gün deyil. 8 mart bizi təhqir etməkdir. Bu əxlaqsızlıqla bağlı olan bir bayramdır, gəlin bunu Fərizəni özünü yandırdığı gün keçirək. Həmin gün olsun Azərbaycan qadınlarının bayramı və onda halal xoşları etsinlər.

“Hər şeyi Misirin boynuna yıxmaq olmaz…”

– Hazırkı təhsil naziri Mikayıl Cabbarovun idarəetməsini bəyənirsinizmi?

– 25 ildən çoxdur, bu sahədən ayrılmışam. Kim necə idarə edirsə də, onunla maraqlanmıram. Təhsil sahəsi elə şeydir ki, gərək mətbəxin içində olasan. Mənim dediklərim isə kənardakı müşahidələrimdir.

– Ümumilikdə, Misir müəllimin dövrü ilə indiki dövrü müqayisə etmənizi istəyərdim…

– Misir Mərdanov təhsil sistemini bilən adam idi, çünki mənim müavinim işləyib. Misir təhsilin içindən çıxıb gələn, onu dərindən bilən biri idi. İndi reforma edə bilmirdi, idarə olunmurdu o tək Misirdən asılı məsələ deyildi. Yaşadığımız sistemin təcrübəsi ilə əlaqəli olan məsələdir.

Hər şeyi Misirin boynuna yıxmaq olmaz. Ən azı ona görə ki, Misir o sahənin uzmanı idi. Amma indikinə gəlincə, hiss olunur ki, işləmək istəyir, amma o, bacarmadığı işdən yapışıbdır. Təhsil sistemi çox mürəkkəbdir. Burada yetişmiş kadrlar var, 30-40 illərin professorları, akademiklərini idarə etmək üçün heç olmasa onun dırnağının bildiyi qədər biliyin olmalıdır. Təhsildən gəlməyən adamın, təhsilə rəhbərlik etməyi mənasızdır. Burada höküməti də qınamaq istəyərdim. Xeyli vaxtdır ki, “atın qabağına ət, itin qabağına ot” qoyma prinsipi ilə kadrlar yetişdirilir.

1990-cı ildə Türkiyəyə təhsil almağa göndərdiyim tələbələrin yarısının beynini nurçular korladı…”

– Gəlin, bir az da abituriyentlərin xaricdə təhsil almalarına meyilliyindən danışaq. Son illər xaricdə təhsil almaq aktuallaşıb. Bu yaxşı haldırmı?

– Əvvəla mənim 2 övladım da xaricdə oxuyub. Onlar oxuduyub, ölkəyə qayıtdıqda, orada mənimsədikləri yeni bilgilər və bizdə olmayan şeylərlə qayıdırlar. Bu mənada bu çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, elə sahələr var ki, onlar bizdə inkişaf etməyib demək ki, bunun ölkəmizə əhəmiyyəti var. Məsəlçün genetika elmi respublikada inkişaf etməyib, Talassemiya xəstəxanası açılıb, amma bom-boş heç bir mütəxxəsisi yoxdur. Mən gənclərin xaricdə təhsilinin tərəfdarıyam. 1990-cı ildə 2000-ə yaxın gənci xaricdə təhsil almağa yollamışdım. Düzdür Türkiyədə onların yarısının beynini nurçular korladı. Amma ümumi baxanda içlərində sağlamları da var. Gəlib işləyirlər. Bəzi şeylər də var ki, onu öyrənmək üçün xaricə getməyə ehtiyac yoxdur. Onları elə burada da öyrənmək olar. Bəzən rus təhsil sistemini bəyənmirlər, halbuki bu sistemdə çox yaxşı ənənələr var idi.

“TQDK-nın işindən çox narazıyam…”

 

– TQDK-nın fəaliyyəti sizi qane edirmi?

– TQDK-nı mən yaratmışam. (Dövlət Ali Attestasiya komissiyasını) Hansı məqsədlə yaratdığım tamamilə unudulubdur indi o qrum gənclərin əlehinə işləyir. Mən bunu elmin yolunu açmaq, gəncləri elmə cəlb etmək üçün etsəm də, indi gənclərin elmə yolu bağlanıb. Yaratdığım hər iki qrumun Azərbaycan elminə və təhsilinə zərbə vurması mənə yer edir. Çünki bunu mənim adımla bağlayırlar. Axı mən onları bu məqsədlə yaratmamışdım.

TQDK-nın fəaliyyətindən razı deyiləm. Biz belə fikirləşmişdik ki, qəbul imtahanını ləğv edəcəyik. Dünyada bu sistem çoxdan tətbiq olunub. Bu mənadə TQDK-nın işindən çox narazıyam. Onlar başlarını aşağı salıb texniki məsələlərlə məşğuldurlar, amma bilmirlər ki, bu texniki işlərin dalında gənclərin taleyi, ölkənin gələcəyi durur. Dalbadal savadsız gənclərə diplom verib, buraxmağın nə mənası var?

Bu yaxınlarda gənclər arasında keçirilən sorğuya baxırdım. Gənclər Leninin kim olduğunu bilmirdi. (-red sorğunun müəllifi elə Ölkə.Az saytıdır) Bunun da başlıca səbibi əzbərçilikdir.

Mən test imtahanlarını hazırlayanda bilirdim ki, bu problemlər özlərini göstərəcək. Amma biz axı bunları müvəqqəti etmişdik. Ona görə də aləm qarışıb bir-birinə. İkincisi sualları elə hazırlamaq lazımdır ki, sual abituriyentə istiqamət versin. Amma suallar düzgün qoyulmur. Mən bəzən dilçilikdən bəhs edən suallara baxanda özüm məəttəlqalıram.

“Məhsuldar alimlərə fərdi yanaşmaq, qayğı göstərmək, onları qorumaq lazımdır…”

– Firudin müəllimlə söhbətimizdə professor və müəllim heyətinin cavanlaşmasına da toxunuruq…

– Bilirsiniz, müəllim professordan söhbət gedirsə, onların müəyyən bir yaş həddi olmalıdır. Deyək ki, 65-70. Mən özümdən götürsəm, 5i il əvvəlki şəkildə dərs deyə bilmərəm. İnsanın enerji tükənməsi də var. Bu mənada onlara yaxşı təqaüd verib, məsləhətçi kimi saxlamaq olar. Yəni auditoriyada mühazirə oxuyan nə qədər savadlı gənclər olsa bu yaxşıdır. Auditoriyalarda müəllim heyəti gəncləşməlidir. İndi keçək elm sahəsinə.

Alimin ən müdrik çağı onun ən yaşlı vaxtlarıdır. Onlara qələmini yerə qoy, çıx get demək insafsızlıqdır. Çünki cavanın gəlib hələ onun dırnağının bildiyini öyrənənə qədər azı 30 il vaxt lazımdır. Ona görə də, məhsuldar alimlərə fərdi yanaşmaq, qayğı göstərmək, onları qorumaq lazımdır.

Bu gün gənclərin elmə gəlməsinin qabağı bağlıdır. Birinci bunları elmə gəlməyə həvəsləndirən yoxdur. Onlara tamam əksini “elmə gəlmə, burada 200 manat maaş alacaqsan” deyirlər. Bir gəncin elmə gəlməsinin real addımlarının qarşısını kəsirlər.

O qədər bürokratik əngəllər yaradıblar ki, gənclər həvəsdən düşür. Bunu edənlər isə cinayətkarlardır, onlar cəzalandırılmalıdır. Nazir çox asanlıqla gənclər gəlməlidir deyə bilər, amma addım atılmalıdır. Bu mənada gəncləşmənin tərəfdarı olsam da, buna əngəllər var.

– Növbəti sualım elmi araşdırmalarla bağlı olacaq. Son dövlərin elmi araşdırmaları sizi qane edirmi?

– Son dövrlərdəki araşdırmaları oxumağa vaxtım olmur, həm də elə bir ciddi araşdırma qabağıma qoyulmayıb ki, onu da oxuyum. Əlbəttə əvvəlki araşdırmalar səviyyəsində yeni heç nə yoxdur. Adicə yeni çıxmış kitaba baxırsan və görürsən ki, çox bəsitdir. Biz bir kitab yazmaq üçün illərimizi xərcləmişik. Şəxsən mən bir abzas yazmaq üçün o abzasın üzərində azı 3 ay işləyirdim. Amma indi nəinki bir absaz, qalın kitabı bir aya oturub yazırlar. Bu mümkün deyil, demək oradan buradan götürülmüş mətnləri, cümlərləri bir-birinə birləşdirib, şərh verə-verə qalın kitab hazır edirlər. Bu tədqiqat deyil. Bu şərhdir. Yazılanları bir yerə yığmaqdır. Mən 9 cildliyi yazanda onun üzərində 30 il işləmişəm. Bu bir insan ömrüdür. Hər bir cümlənin arxasında bir elmi informasiya olmalıdır. Ona görə də, indiki elmi araşdırmalar o səviyyədə yazılmır.

– Təhsil sistemi ilə bağlı söhbət etmək istəyəcəyiniz başqa hansı mövzulara toxuna bilərik?

– Qızım, söhbət çoxdur, amma oxucularımızı da çox yormaq olmaz, çünki bir xeyli söhbət etdik.

Firudin bəylə söhbətimizi çay içə-içə yekunlaşdırırıq.

Sonda müsahibim mənə özünün müəllifi olduğu 3 kitab hədiyyə edir.

Söhbətləşdi: Fatimə İbrahimova

Fotolor: Nurlan Gülməmmədov
Previous Post

Firudin Cəlilov: “Misir təhsil sistemini bilən adam idi” — MÜSAHİBƏ

Next Post

Martda Azərbaycanda 0,9% inflyasiya qeydə alınıb

Bənzər yazılar

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

21 İyul 2026 - 23:34

İran fransız diplomatların saxlanılmasına münasibət bildirib. Elchi.az  xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro...

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

21 İyul 2026 - 23:32

Rusiya Silahlı Qüvvələrinə məxsus dronun mülki avtomobilə zərbə endirməsi nəticəsində Ukraynanın Xarkov vilayətinin Derqaçi icmasında iki qadın həlak olub. Elchi.az...

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

21 İyul 2026 - 20:59

ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. Elchi.az xəbər...

Next Post

Martda Azərbaycanda 0,9% inflyasiya qeydə alınıb

Martda Azərbaycanda 0,9% inflyasiya qeydə alınıb

Son xəbərlər

İran Trampın bəyanatını TƏKZİB ETDİ

İran Trampın bəyanatını TƏKZİB ETDİ

22 İyul 2026 - 14:00
Ermənilər Bakıya gəlirlər – RƏSMİ

Ermənilər Bakıya gəlirlər – RƏSMİ

22 İyul 2026 - 13:52
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

22 İyul 2026 - 13:30
“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

“Arzum 9999” ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

22 İyul 2026 - 13:14
Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

Lavrov ABŞ-a qarşı ittihamlar irəli sürdü

22 İyul 2026 - 13:00
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

22 İyul 2026 - 12:45
Rodri İspaniya nəhəngi ilə anlaşdı

Rodri İspaniya nəhəngi ilə anlaşdı

22 İyul 2026 - 12:23
Ankarada təlim helikopteri qəzaya uğradı

Ankarada təlim helikopteri qəzaya uğradı

22 İyul 2026 - 12:13
Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

Güləş Federasiyası: Ermənistanı xüsusi fərqləndirmirik

22 İyul 2026 - 11:58
Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

22 İyul 2026 - 11:47
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Azərbaycanda ötən gün 108 axtarışda olan şəxs saxlanılıb

22 İyul 2026 - 11:40
Venesuela zəlzələlərində ölənlərin sayı artıb

Venesuela zəlzələlərində ölənlərin sayı artıb

22 İyul 2026 - 11:31
Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

22 İyul 2026 - 11:24
WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyir

22 İyul 2026 - 11:13
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib

22 İyul 2026 - 10:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.