Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələrinə görə, 51,6 faiz səs toplayan keçmiş baş nazir Aleksandr Stubb ölkənin yeni prezidenti olub.
Elchi.az bu barədə Finlandiya Yayım Şirkətinə (Yle) istinadən xəbər verir.
Stubb 51,6 faiz, Haavisto isə 48,4 faiz səs toplayıb.
Yanvarın 28-də Finlandiyada keçirilən prezident seçkilərində keçmiş baş nazir Aleksandr Stubb irəlidə olsa da, heç bir namizəd 50 faizdən çox səs toplaya bilmədiyi üçün seçki ikinci tura buraxılıb.
Nuranə Məmmədova