Finlandiyada havanın şaxtalı olması səbəbindən şəhərətrafı və uzun məsafəli qatarların hərəkəti ardıcıl üçüncü gündür ki, gecikir.
Elchi.az xəbər verir ki, Finlandiyada bu qış üçün temperatur rekordu qeydə alınıb – mənfi 42,1 dərəcə. Bu barədə cümə axşamı, yanvarın 4-də Finlandiya Meteorologiya İnstitutuna istinadən STT agentliyi məlumat yayıb.
“Səhər saat yeddinin yarısında Enontekiyo hava limanında havanın temperaturu Selsi üzrə -42,1 dərəcə idi”, materialda deyilir.
Məlumdur ki, Finlandiyada şaxta səbəbindən şəhərətrafı və uzun məsafəli qatarların hərəkəti artıq üçüncü gündür ki, gecikir.
Şayəstə Hüseynova